Son çempiondan iki rekord

6.11.2026 11:57 27
Dünya futbolu
PSJ Çempionlar Liqasında iki rekord müəyyən edib.

"Football-plus.az" xəbər verir ki, turnirin son çempionu liqa mərhələsinin 4-cü turunda səfərdə “Vilyarreal”a 6:0 hesabı ilə qalib gəlib. Luis Enrikenin komandası tarixində ilk dəfə Çempionlar Liqasında ardıcıl 14 oyunda məğlub olmayıb. PSJ sonuncu dəfə turnirdə bu ilin yanvarında “Sportinq”ə 1:2 hesabı ilə uduzub. Paris təmsilçisi bundan sonra ardıcıl qələbələr seriyası əldə edib.

PSJ həmçinin Çempionlar Liqasında bir oyunda ən sürətli 4 qol vuran komanda kimi rekord müəyyənləşdirib. Fransa klubu buna cəmi 16 dəqiqə 2 saniyəyə nail olub.