• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” “Molde” mifini dağıtdı - REPORTAJ

Reportaj / Avropa Liqası

23-09-2023, 12:0

Hələ oyun başlamamış azarkeşlər “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirməklə “Qarabağ”a motivasiya verməyə çalışdılar. Son günlər Qarabağda keçirilən antiterror əməliyyatlarını nəzərə alsaq, bu oyunun müəyyən emosional gərginliklə müşayiət olunması anlaşılandı.

"Football-plus.az" xəbər verir ki, stadion tam dolmasa da, “köhlən atlar” möhtəşəm dəstəyi hiss edirdi. Və komanda dərhal rəqibi təzyiq altına salmağa çalışdı.

İlk 5 dəqiqə ərzində ağdamlılar rəqibi öz qapısına sıxışdırmağı bacardı. İlk təhlükəli vəziyyəti də “Qarabağ” yaratdı. 10-cu dəqiqədə Benzyanın cərimə zərbəsindən ötürməsinə Medina toxunsa da, dəqiq ola bilmədi. Zaman keçdikcə norveçlilərin fəallığı artırmaq istəyi hiss olunurdu. Bəzi məqamlarda Maksim səhvə yol versə də, oyundaşları onu “sığortalaya” bilirdi. 16-cı dəqiqədə qonaqlar mərkəzdə topu itirdi. Bu ağdamlıların əks-hücum qurması üçün əla fürsət idi. Yankoviç bir qədər irəlilədikdən sonra Zubirə ötürmə verdi. Mərakeşlinin zərbəsindən sonra top toru yandan silkələdi.

Hissənin ortalarında “Qarabağ” təzyiqi daha da artırdı. “Molde” 17-ci dəqiqədən sonra mərkəzi keçə bilmirdi. “Köhlən atlar” ardıcıl hücumlarla norveçlilərin müdafiəçiləri narahat edirdi. Çempionumuz rəqibi yaxşıca təhlil etmişdi, onun cinah oyunçularının rahat hərəkətinə imkan vermirdi.

İlk yarımsaatda “Qarabağ” aşkar üstün idi və rəqibə göz açmağa imkan vermirdi. Təəssüf ki, ağdamlılar ələ düşən imkanları sağa-sola xərcləyirdi. Norveçlilər uğurla müdafiə olunur, bu da azarkeşləri narahat edirdi. “Qarabağ” mərkəzdən müdafiə xəttini yara bilmədiyindən hücumlar daha çox cinahlara yönəlirdi. Bu isə qapı önünə asmalarla müşayiət olunurdu. Bəzən də Zubir fərdi oynamaqla boşuna top itkisinə yol verirdi. 40-cı dəqiqədə Yankoviçin zərbəsi də qapının yanından keçdi.

İlk hissənin sonuna doğru norveçlilər tempi öldürməyə çalışır, “Qarabağ” isə bununla razılaşmırdı. 44-cü dəqiqədə Yankoviç, bir dəqiqə sonra Mateus qapıçının ayıq-sayıqlığını yoxladı. Lakin norveçli qolkiper etibarlı oynadı. Uzatma dəqiqəsində Yankoviçin zərbəsindən sonra qolkiper möhtəşəm reaksiya ilə topun qapıdan keçməsinə imkan vermədi. Beləliklə, 45 dəqiqə ərzində qapılara qol vurulmadı.

Fasilədən sonra komandalar meydana dəyişiklik etmədən çıxdı. Yenə “köhlən atlar” topa nəzarət etsə də, meydanda qəribə sakitlik hökm sürürdü. 51-ci dəqiqədə Juninyo uzaqdan zərbə ilə səssizliyi pozdu. Amma yenə qapıçı etibarlı oynadı. 3 dəqiqə sonra da braziliyalı diqqət mərkəzinə düşdü. Və bu dəfə də qapıçı yerində idi. Ardından Zubir yüzfaizlik qol imkanını qaçırdı. Belə davam edə bilməzdi, bizə qol lazım idi! Ağdamlıların hücumlarının ardı-arası kəsilmirdi. 56-cı dəqiqədə, nəhayət, hesab açıldı. Müdafiəçilərin uzaqlaşdırmaq istədiyi topu ələ keçirən Andrade zəif, amma dəqiq zərbə ilə topu qapıdan keçirdi.

Qoldan sonra qonaqlar bir qədər fəallaşsa da, bu cəmi 2-3 dəqiqə çəkdi. “Köhlən atlar” mərkəzdə topa nəzarəti davam etdiridi. 61-ci dəqiqədə Leandro hesabı artıra bilərdi. Lakin afrikalının zərbəsi qapının üstündən keçdi. 70-ci dəqiqədə Moe üç dəyişiklik etməklə komandanı gücləndirməyə çalışdı. Lakin bu gediş də nəticə vermədi. Meydanda yalnız bir komanda var idi – “Qarabağ”. Narahatlıq doğuran məqam ağdamlıların fürsətləri dəyərləndirə bilməməsi idi. 75-80-ci dəqiqələtdə “Molde” hücumlar qurmağa çalışsa da, müdafiəçilər və xüsusən də Lunyov etibarlı oynadı.

Son 10 dəqiqədə “Molde”nin təzyiqi artırmaq cəhdləri boşa çıxdı. Ağdamlılar uzatma dəqiqələrində iki dəfə qola yaxın oldu. Birində Juninyo əlverişli imkanı qaçırdı. Digər epizodda isə qolkiper Yankoviçin zərbəsini dəf edə bildi. Beləliklə, “Qarabağ” qrup mərhələsinə qələbə ilə başladı. Bu oyun həm də xüsusən “Qalatasaray”la oyunlardan sonra azərbaycanlı azarkeşlərin gözündə böyüyən “Molde” mifini dağıtdı. “Köhlən atlar” daha çox qol vurmalıydı. Ümid edirik ki, qrup mərhələsinin digər oyunlarında bu mənada vəziyyət düzələcək. Axı sonda top fərqi də işə yaraya bilər.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

13-07-2023, 15:0

“Cırtdan” “Qarabağ”ın əsəbləriylə oynadı - REPORTAJ

Manşet / Reportaj

27-07-2023, 13:0

Şahruddin yenə “Qarabağ”ı “dəfn etdi” - REPORTAJ

Manşet / Reportaj / Çempionlar Liqası

3-08-2023, 13:0

“Qarabağ” üçün Çempionlar Liqası erkən bitdi - REPORTAJ

Reportaj / Avropa Liqası

26-08-2023, 16:0

“Qarabağ” səfərdə möhtəşəm qələbə qazandı - REPORTAJ

Premyer-liqa / Reportaj

9-05-2023, 17:0

“Qarabağ” kubokun finalçısını darmadağın etdi - REPORTAJ

Reportaj / Konfrans Liqası

5-08-2023, 19:0

“Sabah” “Zirə”nin avrokubok rekordunu təkrarladı - REPORTAJ

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
  • 22-07-2026, 19:0
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 130
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə