Ozan Canın komandasından heç-heçə

30.09.2023 10:31 199
Dünya futbolu
Niderland birinci divizionunda 8-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökcünün çıxış etdiyi “Eyndhoven” doğma meydanda “Dordrext”lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

"Eyndhoven" - "Dordrext" - 1:1
Qollar: Krivak, 29 (0:1), Amevar, 90+4-pen. (1:1)

Kökcü start heyətdə meydana daxil olub və sonadək oynayıb.

Hazırda "Eyndhoven" 11 xalla 9-cu, "Dordrext" 11 xalla 11-ci pillədə qərarlaşıb.