Ozan Can oynadı, komandası qələbə qazandı

28.01.2023 10:52 247
Dünya futbolu
Niderland birinci divizionunda 22-ci turun oyunları keçirilib.

Football-plus.az xəbər verir ki, Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Herakles”lə qarşılaşıb. Azərbaycan millisinin komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 39 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.