Ozan Canın komandasından növbəti qələbə

17.01.2023 10:10 232
Dünya futbolu
Niderland birinci divizionunda 20-ci turun oyunları keçirilib.

Football-plus.az xəbər verir ki, Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Den Boş”la qarşılaşıb. Millimizin üzvünün komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.

Ozan da bu görüşün iştirakçısı olub. O, 77-ci dəqiqədə meydana buraxılıb.

“Eyndhoven” hazırda 36 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.