• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Səbail” Tovuzu kədərə qərq etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

29-08-2023, 14:0

“Turan Tovuz”, nəhayət, doğma publika önündə oynamaq imkanı qazanmışdı. Ən azı bu amilə görə favorit idi. Hələ biz onu demirik ki, mövsümə yaxşı başlayan tovuzlular ilk üç oyunun ikisində qalib gəlmişdisə, “dənizçilər” bu səfərə qədər qələbəyə həsrət qalmışdı.

"Football-plus.az" xəbər verir ki, tribunalara toplaşan 4 mindən artıq azarkeş də sevimlilərindən yalnız və yalnız yaxşı nəticə gözləyirdi. Amma necə deyərlər, sən saydığını say, gör Şahin Diniyev və komandası nə sayır…

Qonaqlar oyunun lap əvvəlindən təmkinli davranır, topu rahatlıqla ələ keçirir, əks-hücum qurmağa çalışırdı. Bayıl təmsilçisi belə epizodların birində erkən qolla hesabı açdı. Qomis Yusifin ötürməsiylə topu ələ keçirib təkbaşına irəli atıldı. Tovuzlu müdafiəçilərin qapı önündə cəmləşməsi futbolçunu ötürmə verməyə məcbur etdi. Ev sahibləri sona qədər mübarizə aparmadı. “Dənizçilər” sağ cinahdakı boşluqdan faydalanıb hücumu tamamladı. Həm stopperlərin, həm də Aydının kobud səhvi sürprizlə nəticələndi. 5-ci dəqiqədə Ramalinqom Luqasinin ötürməsini qola çevirdi - 0:1. Oyunun davamını “Turan Tovuz” üçün fiasko adlandırsaq, yanılmarıq. Ona görə yox ki, “dənizçilər” aşkar üstün idi. Əslində ev sahibləri hesabı bərabərləşdirmək istəyirdi. Amma onlar çox ruhsuz mübarizə apardılar. Diniyevin komandası da problemi hiss etmişdi. Məhz bu üzdən qonaqlar cəsarətlə irəli atılırdılar. Hücumların birində Qomis komanda yoldaşı Ramalinqomun ötürdüyü topu vaxtında görmədi. Bu üzdən hesab dəyişmədi. Üçüncü ciddi hücumda “Turan Tovuz”u qapı tiri xilas etdi.

İkinci yarıya da “Səbail” daha istəkli başladı. Çox güman, qonaqlar meydanda daha fərqli “Turan Tovuz” gözləyirdi. Ev sahiblərinin zəif oyunu “dənizçilər”in həyəcanını yox etmiş, cəsarətini artırmışdı.

Bu ərəfədə tovuzlular ilk təhlükəli vəziyyəti “standart” hesabına yaratdı. Amma künc zərbəsindən sonra meydan sahiblərinin 6 oyunçusundan heç biri topa toxuna bilmədi. 54-cü dəqiqədə Ramalinqom dubla yaxın idi. O, topu qapıdan keçirsə də, ofsayd üzündən qol qeydə alınmadı. 62-ci dəqiqədə “Səbail” cərimə zərbəsi qazandı. Qonçalvesin qayda pozuntusu komandasına baha başa gəldi. Yusif qapı önünə göndərilən topu baş zərbəsi ilə tora qovuşdurdu – 0:2. Fərqin artması “Turan Tovuz”u tələsdirməyə başladı. Meydanda, demək olar ki, hər şey ev sahibinin əleyhinə çevrilmişdi. Hətta azarkeş təzyiqi belə “dənizçilər”ə təsir etmirdi. Tərəfdarlar tovuzluların qol vurması üçün dəstəyini əsirgəmir, Ayxan Abbasov müxtəlif əl hərəkətləri və jestlər ilə oyunun axarını dəyişməyə çalışırdı. İrəliləyən dəqiqələrdə “Səbail”dən Nuno və Ramalinqomun, “Turan Tovuz”dan isə Petkovun qapıya zərbəsi qeyri-dəqiq oldu. Nəhayət, 84-cü dəqiqədə Miller başla topu qapıdan keçirdi. Fərqi minimuma endirən ev sahiblərinin ikinci qol axtarışı fayda vermədi. Digər tərəfdən, Diniyevin komandası təzyiqi artırdı. Nəticədə qonaqlar üçüncü qolu vurdu. Ağabala Amilin ötürməsiylə 90-cı dəqiqədə matçda son nöqtəni qoydu – 1:3. Tural Qurbanovun final fiti “Səbail”in cari mövsümdəki ilk qələbəsini rəsmiləşdirdi.

Gözdən qaçmadı
* Oyundan öncə millət vəkili, "Turan Tovuz"un İdarə Heyətinin üzvü Arzu Nağıyevə “Şöhrət” ordeniylə təltif edilməsi münasibətilə (60 illik yubileyi və respublikanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə - red) icraçı direktor Nadir Nəbiyev tərəfindən 60 nömrəli forma təqdim olundu.
* “Səbail”in “Dənizçilər” fanklubu 20-25 nəfərlə tribunada yer almışdı. Onlar Şəhriyar Rəhimovun əks olunduğu və üzərinə “Allah rəmət etsin” yazılan böyük pankart açmışdı.
* Oyundan əvvəl Şəhriyar Rəhimovun xatirəsi birdəqiqəlik sükutla yad edildi. "Turan Tovuz"un hazırladığı oyun proqramında mərhum futbolçu haqda nekroloq da var idi. Həmçinin 5-ci dəqiqədə hesabı açan Ramalinqom da qoldan sonra Şəhriyarın adı yazılmış 13 nömrəli formanı azarkeşlərə tərəf tutaraq qolunu ona həsr etdiyini göstərdi.
* Diktor və azarkeşlər avqustun 25-də 42 yaşını tamamlayan Ayxan Abbasovu təbrik etdi.
* “Turan Tovuz”un yeganə qolu vurulanda Ayxan Abbasov reaksiya vermədisə, Şahin Diniyev futbolçularını alqışladı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

24-05-2023, 14:0

“Səbail” Tovuzda inanılmaz geridönüş etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

8-08-2023, 17:0

“Kimyaçılar” “dənizçilər”i “zəhərlədi” - REPORTAJ

Premyer-liqa / Reportaj

22-08-2023, 14:0

“Zirə”: Ardıcıl üçüncü qələbə - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2023, 16:0

Bayılda iki qol və ədalətli sonluq - REPORTAJ

Premyer-liqa / Manşet

7-02-2023, 18:0

"Sabah" - "Səbail" matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

11-04-2023, 17:0

Üç qol, “qırmızı” və qalmaqal - REPORTAJ

Aktual
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Son xəbərlər
  • Bu gün, 00:16
    Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
  • Dünən, 23:53
    Azərbaycan şahmatı: uğur, yoxsa uğursuzluq?
  • Dünən, 23:26
    Azərbaycan derbisinə bilet alacaq azarkeşlərin diqqətinə!
  • Dünən, 22:58
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 22:28
    Burak Yılmazdan gələcəyi ilə bağlı yeni qərar
  • Dünən, 21:57
    "Üç xal qazandığımız üçün sevincliyik" - Saşa İliç
  • Dünən, 21:27
    "Azarkeşlərdən bu nəticələrə görə üzr istəyirik" - Kaxaber Sxadadze
  • Dünən, 20:57
    Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
  • Dünən, 20:26
    ''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı
  • Dünən, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Dünən, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Dünən, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Dünən, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Dünən, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Dünən, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Dünən, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Dünən, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Dünən, 13:55
    Nərimanın komandası uduzdu
  • Dünən, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Dünən, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Dünən, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Dünən, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Dünən, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 10:59
    25 illik həsrətə son qoydular
  • Dünən, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Dünən, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Dünən, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • 18-04-2026, 23:0
    “Real”ı kimlər tərk edəcəklər?
  • 18-04-2026, 23:0
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • 18-04-2026, 22:0
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • 18-04-2026, 22:0
    Dilinin bəlasına düşdü
  • 18-04-2026, 22:0
    “Liverpul”u tərk etməyəcək
Daha çox
Oxunub: 404
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 259
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 250
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 233
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 174
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 159
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə