“Böyük dəbilqə” turnirlərinin 22 qat qalibi və dünyanın 2-ci raketkası Rafael Nadal kimi özünə əsas rəqib saydığını növbəti dəfə açıqlayıb:
“Mənim əsas rəqibim Novak Cokoviçdi. Enində-sonunda məhz o “Böyük dəbilqə” turnirlərində titul sayına görə mənə çox yaxındı. Və bütün bu müddətdə bir-birimizə qarşı oynayırıq, tarixçəmiz var... Hazırda çıxış edən bütün tennisçilər arasında, heç şübhəsiz, ən təhlükəlisi Novakdı”.
36 yaşlı ispaniyalı karyerası boyunca ATP turnirləri çərçivəsində 35 yaşlı serblə 59 dəfə qarşılaşıb. Bu oyunların 30-da Cokoviç, 29-da Nadal qələbə qazanıb.