İsveçrəli tennisçi Rocer Federer əbədi rəqibi Novak Cokoviçin “Böyük dəbilqə” turnirlərindəki 23-cü qələbəsini şərh edib:
“Novakın etdikləri, sadəcə, inanılmazdı. Düzünə qalsa, tennis, idman üçün tarixin yenidən yazılması, tamamlanması əla haldı. Serena Uilyams, Rafael Nadal, mən və indi də Novakla bağlı belə olub. İndi yalnız tennis həvəskarı yox, həm də tennisçi olmaq üçün gözəl zamandı. Novak artıq gənc olmasa da, bunu necə bacarır! Novak gənc görünür və gənclər kimi qələbə qazanır. Amma bu asan deyil. Bu üzdən onun möhtəşəm qələbə qazandığını düşünürəm, heç olmadığı qədər sevinirəm”.
Xatırladaq ki, Cokoviç bir neçə gün əvvəl “Rolan Qarros”da qələbə qazanıb. “Böyük dəbilqə” turnirlərinin 23 qat qalibi olan 36 yaşlı serb kişilər arasında bu göstəricidə rekordçudu. Nadalın 22, Federerin 20 belə titulu var.