Cəfərquliyev: "Hələ heç nə bitməyib"

23.09.2023 22:55 649
Aktual / Müsahibə
"Qarabağ"ın "Molde"ni məğlub etdiyi oyundan sonra ağdamlıların 22 yaşlı müdafiəçisi Elvin Cəfərquliyev “Football-plus.az” suallarını cavabladı.

- Bu gün "Molde"yə qalib gəldiz. Oyunla bağlı təəssüratın...
- Oyunun çətin keçəcəyini bilirdik. Rəqibi yaxşı təhlil etmişdik. Bilirdik ki, "Molde" əks-hücumlara yaxşı çıxan komandadı. Lakin biz yaxşı oyun keçirdik və şükürlər olsun, qalib gəldik.

- Bu qrupda "Molde" ilə 2-ci yer uğrunda mübarizə aparacağınızı deyirlər. Sən nə düşünürsən?
- Hələ ki heç nə həll olunmayıb. Bu, ilk oyunumuz idi və qalib gəlməyi bacardıq. Norveçdə də onlara qarşı bir oyunumuz var.

- Növbəti rəqibiniz İsveç təmsilçisi "Həkken"di. Bu oyun barədə nə deyə bilərsən?
- "Həkken" haqda indidən danışmaq tezdi. Çünki onları hələ təhlil etməmişik. Lakin məlumatımız var ki, hər biri güclü komandadı.