• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” H qrupundan necə çıxa bilər?

Manşet / Avropa Liqası

21-09-2023, 13:0

Çərşənbə axşamı Avropa klub turnirlərinin əsas mərhələsi start götürdü.

Bu gün “Qarabağ” da mübarizəyə qoşulacaq. Avropa Liqasının H qrupunda mübarizə aparan “köhlən atlar”ın rəqibləri Almaniyanın “Bayer-04”, Norveçin “Molde” və İsveçin “Həkken” klublarıdı. Qurban Qurbanovun kollektivi "Molde”ni qəbul edəcək.

İndi futbol ictimaiyyətini düşündürən bir sual var: avrokubokların bu formatda keçirilən sonuncu mövsümdə qrupdan çıxa biləcəyikmi? Gəlin, rəqiblərə və oyunların qrafikinə uyğun olaraq “Qarabağ”ın 6 matçda necə xal yığa biləcəyinə nəzər yetirək...

Təqvim “Qarabağ”ın xeyrinədi

Əvvəlcə təqvimə nəzər yetirək. “Qarabağ” bu gün Bakıda ilk oyununu keçirəcək. “Köhlən atlar” oktyabrın 5-də səfərdə “Həkken”lə qarşılaşacaq. Qrupda 3-cü matçımız yenə səfərdə olacaq. Oktyabrın 26-da ağdamlılar “aspirinlər”in qonağı olacaq. Bu rəqiblə cavab oyunu isə noyabrın 9-da Bakıda keçiriləcək. Qrupdakı 5-ci matçımız noyabrın 10-da Norveçdə “Molde”yə qarşı olacaq. Nəhayət, “Qarabağ” dekabrın 14-də sonuncu qrup oyununda “Həkken”i qəbul edəcək.

Təqvim “Qarabağ”ın işinə yarayır. Əvvəlki mövsümlər nəzər yetirəndə “köhlən atlar”ın qrup mərhələsinə yaxşı başladığının şahidi oluruq. Qurban Qurbanovun komandası həmişə sonuncu oyunlarda ya məğlub olub, ya da heç-heçə edib. Bunun nəticəsində mərhələni keçmək mümkün olmayıb. İndi isə qrupun ən güclü komandası olan “Bayer”lə oyunlar 3-4-cü turlarda oynanılacaq. Son iki matçda isə “Qarabağ” öz gücündə komandalara qarşı mübarizə aparacaq.

Əsas mübarizə “Molde” ilə gedəcək...

Etiraf edək ki, sensasiya olmasa, “Qarabağ” bu qrupa liderlik edə bilməyəcək. Çünki reallıqları nəzərə almaq lazımdı. İndiki məqamda Azərbaycan təmsilçisinin “böyük beşlik” klubunun yer aldığı qrupda lider olması mümkünsüzdü. “Bayer”in Almaniya bundesliqasında da əla mövsüm keçirdiyini nəzərə almalıyıq. Yəni ən yaxşı halda Bakıdakı görüşdə azarkeş dəstəyi ilə almanlarla heç-heçə edə bilərik. Bu da o deməkdi ki, “Qarabağ” H qrupunu maksimum 2-ci pillədə bitirə bilər. Bunun üçün isə bugünkü qarşılaşmada “Molde”ni mütləq məğlub etmək lazımdı. Bakıda qazanılacaq 3 xal “Qarabağ”ın qrupdan çıxması üçün böyük şans yaradacaq. Səfərdə isə ən pis halda norveçlilərlə heç-heçə etməliyik. Düzdü, çoxları düşünür ki, “Molde” çox güclüdü. Lakin bu rəqibin potensialı “Qalatasaray”la oyunlara nəzərən təyin edilir. Hamıya da bəllidi ki, İstanbul təmsilçisi “Qarabağ”ın rəqibini Çempionlar Liqasının pley-offunun hər iki görüşündə məğlub etdi. Həm də malı mala qatmaq olmaz. “Molde” “Qalatasaray”la matçlara tam fərqli hazırlaşmışdı. Ümumiyyətlə, norveçlilərin türkiyəlilərə qarşı yaxşı mübarizə aparması onların “Qarabağ”dan güclü olması anlamına gəlmir. Qurbanovun komandası “Molde”dən ən azı 4 xal almaq iqtidarındadı.

“Həkken”ni hər iki oyunda udan mərhələni keçəcək

H qrupunun açarı İsveç təmsilçisinin əllərindədi. Bu komandadan 6 xal olan komandanın rahatlıqla pley-offa vəsiqə qazanacağını söyləyə bilərik. Bəs “Qarabağ” bu rəqibi hər iki oyunda məğlub edə bilərmi? Norveç və İsveç futbolu bir-birinə bənzəyir. “Molde” bu tərzdə futbol oynayan rəqiblərlə tez-tez qarşılaşır. Yəni Norveç klubu “Həkken”dən rahat şəkildə 6 xal ala bilər. “Qarabağ” üçün isə İsveç təmsilçisi yaddı. Amma Qurban Qurbanovun komandasının avrokubok təcrübəsi daha çoxdu. “Köhlən atlar” isveçliləri hər iki oyunda məğlub etməklə pley-offa vəsiqə qazana bilər.
8 xalla pley-offa yüksəlmək olar

Dediyimiz kimi, bugünkü qarşılaşmada mütləq qələbə qazanmaq lazımdı. Belədə Ağdam təmsilçisinin işi daha asan olacaq. Bundan sonra “köhlən atlar” İsveç səfərində də qələbə qazanmalıdı. “Bayer”lə oyunlarda xal ümid etmək bir qədər real görünmür. Ağdam təmsilçisi Almaniya klubuna hər iki oyunda uduzsa da, narahat olmağa dəyməz. Çünki 5-ci turda “köhlən atlar” Norveç səfərinə yollanacaq. Orda 1 xalın əldə olunması belə “Qarabağ” üçün müsbət məqamdı. Bu halda həm ağdamlıların, həm də “Molde”nin hesabında 7 xal olacaq. Norveçlilərin “Bayer”ə uduzacağını da düşünsək, ağdamlıların Bakıda “Həkken”ə məğlub olması real görünmür. “Köhlən atlar” doğma meydanda isveçlilərlə heç-heçə də etsə, mərhələni adlayan tərəf olacaq. Bir sözlə, “Qarabağ” 8 xal toplamaqla bu qrupda 2-ci yeri təmin edə bilər.

Təbii ki, bunlar hamısı ehtimaldı. Futbol sürprizləri sevir. Necə deyərlər, top yumrudu, meydan da düz - hər şey baş verə bilər. Ümid edək ki, Qurban Qurbanovun komandası H qrupunda uğurlu nəticə qazanmağı bacaracaq.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

2-09-2023, 11:0

"Qarabağ"ın oyunlarının təqvimi açıqlandı

Avropa Liqası

2-09-2023, 12:0

“Qarabağ”ın qrupunun tam təqvimi - Avropa Liqası

Aktual / Avropa Liqası

5-09-2023, 16:0

“Qarabağ” bu komandaların hər ikisini məğlub edə bilər” – İsveçdə yaşayan dedi

Avropa Liqası

2-09-2023, 21:0

"Qarabağ"ın qrupdakı oyunlarının başlama saatı

Avropa Liqası

17-09-2023, 18:0

Avropa Liqası, 2023/24 mövsümü - TƏQVİM

Avropa Liqası

19-09-2023, 13:0

“Molde" Bakıda bu məkanı seçdi

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 134
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə