“Molde”dən 2020-ci ildəki oyunun əvəzini də çıxmalıyıq” – yəni qisas!

21.09.2023 19:30 256
Manşet / Avropa Liqası
“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda evdə “Molde” ilə qarşılaşacaq.

Bu oyunla bağlı tanınmış mütəxəssislərdən Yunis Hüseynov “Football-plus.az”a danışdı:

“İnanıram ki, “Qarabağ” bu gün doğma meydanda layiqincə mübarizə apararaq qalib gələcək. “Molde”dən 2020-ci ildəki oyunun əvəzini də çıxmayılıq. İnşallah, çıxacağıq da. Təmsilçimizin 2-ci yer uğrundakı əsas rəqibi də norveçlilərdi. Skandinaviyalılar həmişə güc futboluna, cinah hücumlarına üstünlük verir. “Qarabağ”ın dəyişməyən – topla daha yaxşı oynayan üslubu var. Qurban Qurbanovun da kollektivi həmişə güc futbolu oynayan rəqiblərə qarşı üstün olub. Bu gün də komandamız meydanda diqtə edən tərəf olacaq”.


CAVİD ƏLİYEV