“Qarabağ”ın qrupunun tam təqvimi - Avropa Liqası

2.09.2023 12:29 938
Avropa Liqası
Avropa Liqasının H qrupunda oyunların təqvimi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, “Qarabağ”ın da yer aldığı bu qrupda oyunlar sentyabrın 21-də başlayacaq. Dekabrın 14-də isə qrupda son oyunlar keçiriləcək.

Ağdam təmsilçisi ilk matçını Bakıda Norveç “Mölde”sinə qarşı keçirəcək, son turda isə İsveç “Hekken”ini qəbul edəcək.

Oyunların tam təqvimi belədi:
21 sentyabr, 1-ci tur

“Qarabağ” - “Mölde” (Norveç)
“Bayer” (Almaniya) - “Hekken” (İsveç)

5 oktyabr, 2-ci tur
“Mölde” - “Bayer”
“Hekken” - “Qarabağ”

26 oktyabr, 3-cü tur
“Bayer” - “Qarabağ”
“Mölde” - “Hekken”

9 noyabr, 4-cü tur
“Qarabağ” - “Bayer”
“Hekken” - “Mölde”

30 noyabr, 5-ci tur
“Hekken” - “Bayer”
“Mölde” - “Qarabağ”

14 dekabr, 6-cı tur
“Bayer” - “Mölde”
“Qarabağ” - “Hekken”

Qrupun qalibi birbaşa 1/8 finala, qrup ikincisi 1/16 finala vəsiqə qazanacaq. Qrup üçüncüsü isə Konfrans Liqasının pley-off mərhələsində (1/16 final) oynamaq hüququ əldə edəcək.