"İşıqçılar"ən 2 turdan sonra 4 oyunçusu qırmızı vərəqə alaraq İntizam Komitəsinin qərarına görə hər biri 4 oyunluq cəza alıb. Mingəçevir təmsilçisinin oyunçuları hər oyunda bu cür intizamsızlıq göstərsə, komanda meydana buraxmağa oyunçu tapmayacaq.
Klubdakı ab-hava ilə bağlı baş məşqçi Sönməz Quliyev "football-plus.az" saytına bunları dedi:
"Oyunçularımız ilk tur qeyri-peşəkar davranıb komandanı pis vəziyyətə saldı. 2-ci tur geridə qalsa da, heyətimiz tam formalaşmayıb. İstədiyimizi hələki ala bilmirik. Komandanın zəif yerlərinin üzərində işləyirik. Hər 2 oyunu analiz edib qarşıdakı mərhələdə azarkeşləri sevindirəcəyik".
ABDULLA İSMAYILOĞLU




