Mingəçevirdə azarkeşlər niyə meydana axışıb? - AÇIQLAMA

10.09.2022 16:13 540
I liqa / Manşet
AFFA İntizam Komitəsinin qərarına əsasən “Mingəçevir” – “Qarabağ-2” oyunundan sonra azarkeşlərin meydana daxil olmasına görə “Mingəçevir” 160 manat cərimə olunub.

Görəsən, azarkeşlər niyə intizamsızlığa yol verib? "Football-plus.az" saytı olaraq bu suala "Mingəçevir"in İdarə Heyətinin sədr müavini Ruslan Həmidovdan cavab aldıq:

"Azarkeşlər meydana daxil olmayıb. Həmin şəxslər topdaşıyan və aşağı yaş qrupu üzrə komandalarımızın futbolçularıdı. Həmişə matçdan sonra uşaqlar meydana çıxıb futbol oynayırlar. Həmçinin stadionda kifayət qədər polis əməkdaşları olub. Belə olan halda azarkeşlər necə meydana çıxa bilər?


ABDULLA İSMAYILOĞLU