• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ulduzlarsız PSJ debütdə büdrədi – TURUN ŞƏRHİ

Dünya futbolu

16-08-2023, 22:0

Fransa çempionatında 86-cı mövsüm 18 komanda ilə start götürdü.

"Football-plus.az" xəbər verir ki, yeni mövsümə çoxlu debütant və Luis Enrike ilə başlayan PSJ evdə “Loryan”ın qapısına yol tapa bilmədi. “Monako”da yeni baş məşqçi di Hütterin debütü isə uğurlu oldu. “Knyazlar” “Klermon”la səfər oyununda parlaq qələbə qazandı. Əbədi iddialılardan “Marsel” evdə “Reyms”in müqavimətini qırdı. “Lion” isə Patrik Vieyranın rəhbərliyi altında ilk oyuna çıxan “Strasbur”a uduzdu. Vitse-çempion “Lans” da “Brest”lə oyunda 2:0 önə çıxmasına rəğmən, məğlubiyyətlə barışdı. Ambisiyalı “Nitsa” ilə “Lill” meydandan “sülh”lə ayrıldı.

Yenilənmiş PSJ-nin start heyətində 6 debütant var idi, Mbappe iıə Neymarın adi isə iştirak ərizəsində salınmamışdı. Onlardan başqa da PSJ-nin zədəli və ya hazır olmayan oyunçuları var idi. Oyun günü təqdimat mərasimi olan Dembele tribunada Mbappe ilə yanaşı oturmuşdu.

PSJ topa total nəzərət edir, ancaq təhlükəli vəziyyət yarada bilmirdi. Açıq desək, oyun çox sönük keçirdi. PSJ daim top fırlayır, əvəzində “Loryan”ın nadir əks-hücumları daha təhlükəli alınırdı. İş ondadı ki, paytaxt klubunun ehtiyat oyunçular skamyasında da oyunu gücləndirəcək futbolçu yox idi. Yalnız Ruislə Soler meydana çıxandan sonra oyun bir qədər canlandı. 76-cı dəqiqədə PSJ ilk real qol vəziyyətini yaratdı. Uqarte – Soler – Ruis kombinasiyasının ardından qonaqların qapıçısı inamlı oynadı. Sonuncu uzatma dəqiqəsində də parislilər qələbə topunu vura bilərdi, baxmayaraq ki, bunu haqq etmirdi. Uqartenon zərbəsindən sonra top dirəkdən azca aralı keçdi. Bir sözlə, Luis Enrikenin PSJ-də debütünü uğurlu saymaq olmaz, onun görməli olduğu iş çoxdu.

Avstraliyalı Adi Hütterin rəhbərliyi altında debüt oyununa çıxan “Monako” artıq 7-ci dəqiqədə geri düşdü. Veteska “Klermon”u irəli çıxardı. Ancaq “knyazlar” hissənin sonuna qədər hesabı öz xeyrinə dəyişdi. 2-ci hissənin əvvəlində Çam “Klermon”u sevindirdi. Bununla da meydan sahiblərinin gücü tükəndi. Tədricən təşəbbüsü tam ələ alan “Monako” 70-ci dəqiqədə Ben Yedderin sayəsində sevindi. Kapitan bununla da “Monako”nun heyətində 100 qol həddinə çatdı. 3-cü uzatma dəqiqəsində Akliuşun vurduğu qol isə “nəzarət atəşi” rolunu oynadı.

“Marsel” – “Reyms” oyununa qonaqlar daha fəal başladı. Bunun da məntiqi nəticədi kimi İto 10-cu dəqiqədə hesabı açdı. Hissənin ortalarında “status-kvo” bərpa olundu. 2-ci hissədə meydanda əsasən bərabər mübarizə getsə də, “Marsel”in cüzi üstünlüyü var idi. 73-cü dəqiqədə Vitinyanın vurduğu qol cənublulara əzmkar qələbə qazandırdı.

“Nitsa” da yeni baş məşqçi Françesko Farioli ilə ilk oyuna çıxmışdı. “Lill”i qəbul edən “qartallar” 18-ci dəqiqədə hesabı açdı. Bununla belə, qoldan sonra “şimallı itlər”in aşkar üstünlüyü var idi. “Nitsa”nın meydandan qələbə ilə ayrılması ədalətsizlik olardı. Futbol tanrısı 3-cü uzatma dəqiqəsində ədaləti bərpa etdi. “Lill”i məğlubiyyətdən mərkəz müdafəçisi Diakite qurtatdı.

Loran Blanı baş məşqçi postunda saxlayan “Lion” “Strasbur”un qonağı idi. İlk yarı “şirlər”in aşkar üstünlüyü şəraitində keçdi. Fasilədən sonra da Blanın komandası “1 nömrə” kimi oynadı, ancaq meydan sahibləri “çərçivə”yə iki zərbənin ikisini də qola çevirdilər. 63-cü dəqiqədə hesabı açan Belqard 12 dəqiqə sonra Motibaya məhsuldar ötürmə verdi. Uzatma dəqiqələrini də nəzərə alsaq, “Lion”un sərəncamında hələ 20 dəqiqə var idi. Qonaqlar məğlubiyyətdən qurtulmaq üçün bütün komanda ilə irəli atıldı. Ancaq onların gücü yalnəz Talyafikonun 88-ci dəqiqədə vurduğu təsəlli qoluna çatdı.
Vitse-çempion “Lans” səfərdə gözlənilmədən “Brest”ə uduzdu. Halbuki “qan-qızılılar” artıq 22-ci dəqiqədə iki top fərqi ilə öndə idi. Düz fasilə ərəfəsində Del Kasrilyo fərqi azaltdı. 2-ci hissənin əvvəlində Lala bərabərlik qolunu vurdu. 82-ci dəqiqədə Tomasson meydandan qovulandan sonra “Lans”ın vəziyyəti bir qədər də çətinləşdi. Sona 3 dəqiqə qalmış daha bir penalti təyin olundu və Del Kastilyo “Brest”ə qələbə qazandırdı.

Turun qalan oyunlarına gəlincə, “Monpelye” ilə “Havr” məhsuldar heç-heçəyə razılaşdı. “Renn” evdə “Mets”i darmadağın etdi. “Nant”ın qonağı olan “Tuluza” əzmkar qələbə qazandı.

1-ci tur
PSJ – Loryan 0:0
(47579)
PSJ: Donnarumma, Ernandes (Markinyos, 82), Şkrinyar, Pereyra, Hakimi, Zair-Emeri, Uqarte, Vitinya (Ruis, 68), Li Kan İn (Ekitike, 82), Ramuş, Asensio (Soler, 68).
Marsel – Reyms 2:1
Unai, 23. Vitinya, 73 – İto, 10. (63787)
Marsel: Lopes, Jiqo, Kloss, Mbemba, Unai (Genduzi, 83), Lodi, Kondoqbia, Ronjye (Veretu, 67), Vitinya (Arit, 83), Muqe (Sarr, 51), Ndiaye (Obameyanq, 67).
Klermon – Monako 2:4
Veteska, 7. Çam, 53 – Vanderson, 26. Ben Yedder, 43; 70. Akliuş, 90+3. (10453)
Monako: Ken, Maqassa, Maripan, Matsima, Vanderson, Fofana, Kamara (Matazo, 46), Enrike (Yakobs, 90+4), Qolovin (Diatta, 85), Minamino (Akliuş, 85), Ben Yedder (Boadu, 90+1).
Nits – Lill 1:1
Lyabord, 18 – Diakite, 90+4. (29436)
Brest – Lans 3:2
Del Kastilyo, 45+2-p.; 87-p. Lala, 56 – Sotoka, 11. Maçado, 22. (15085)
Monpelye – Havr 2:2
Adams, 58; 60 – Lyoris, 6. Qransir, 90+1. (15852)
Nant – Tuluza 1:2
Məhəmməd, 13-p. – Abuhlyal, 62. Nikolaysen, 90+1. (30578)
Renn – Mets 5:1
Kalimuendo, 20. Quiri, 52. Dokyu, 67. Salah, 87; 90+4 – Maziz, 21. (26065)
Strasbur – Lion 2:1
Belqard, 63. Motiba, 75 – Talyafiko, 88. (25410)
Bombardirlər: Del Kastilyo (Brest), Ben Yedder (Monako), Salah (Renn), Adams (Monpelye) – 2.
Növbəti turun oyunları avqustun 18-20-si aralığında keçiriləcək: Mets – Marsel, Lion – Monpelye, Tuluza – PSJ, Lill – Nant, Havr – Brest, Loryan – Nitsa, Reyms – Klermon, Monako – Strasbur, Lans – Renn.

Fakt
Luis Enrike PSJ-nin son 16 ildə debüt oyununda qol vurulmayan ilk məşqçisidi. Sonuncu belə uğursuz Pol Le Quen olmuşdu. 2007-ci ilin avqustunda onun debüt oyununda paytaxt klubu “Soşo”nun qapısına yol tapa bilməmişdi – 0:0.

Turun rəqəmi
1002 – PSJ-nin oyunçuları “Loryan”la oyunda bir-birinə bu qədər ötürmə verdi. Parislilər uyğun statistikanın aparıldığı 2006/07 mövsümündən bəri ilk dəfə çempionat oyununda 1000 ötürnə həddini keçdi. Heç bir başqa komanda belə nəticə ilə öyünə bilməz.

Turun ulduzu
Vissam Ben Yedder (Monako) – cinsi təcavüz üzündən başı dərdə girən və oyundan bir gün əvvəl 32 yaşı tamamlayan təcrübəli kapitan komandasının qələbəsi üçün əlindən gələni etdi. İki qol vurdu və oyundaşlarını daim arxasınca səslədi.

Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi: “Qarışıq hisslər yaşayıram. “Loryan” ilk yarıda yalnız üç dəfə mərkəzi keçdi. Rəqibin cərimə meydançasında yetərincə kəskin oynamadıq, qol vəziyyətlərimizin sayı az oldu. Düşünürəm ki, biz qələbəni haqq edirdik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-04-2023, 21:0

PSJ 5-ci dəfə uduzdu, liderin əsas izləyicisi dəyişdi – 29-cu turun şərhi

Dünya futbolu

12-04-2023, 19:0

PSJ və “Lans” qalib gəldi, “Marsel”lə “Monako” xal itirdi - ŞƏRH

Çempionlar Liqası

14-03-2023, 20:0

ÇL-də uğur əldə edən PSJ-ni Fransada dayandıran yoxdu – TƏHLİL

Dünya futbolu

2-06-2023, 22:0

PSJ çempion oldu, “Monako” isə... – TURUN ŞƏRHİ

Dünya futbolu

24-05-2023, 15:0

PSJ-ni çempionluqdan 1 xal ayırır - TURUN ŞƏRHİ

Aktual
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Son xəbərlər
  • Bu gün, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Bu gün, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Bu gün, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Bu gün, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Bu gün, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Bu gün, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Bu gün, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Bu gün, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
Daha çox
Oxunub: 197
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 137
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə