“Yuventus”un tarixinə düşdü

17.09.2023 14:55 215
Dünya futbolu
“Yuventus” A seriyasında uğurlu çıxışını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, Massimiliano Alleqrinin komandası şənbə günü evdə “Latsio”ya qalib gələrək 2-ci yerə yüksəlib. Duşan Vlahoviç 3:1 hesablı qələbədə dubl etməklə daha böyük rol oynayıb. Serb hücumçu “Yuventus”un tarixinə ardıcıl ikinci mövsüm ilk 4 oyunda 4 qol vuran ilk futbolçu kimi düşüb. Onun komandası üçün perspektivli standart vəziyyətlər qazandığını da qeyd edək.