Massimiliano Alleqrinin mövsümün sonunda “Yuventus”u tərk edəcəyi ilə bağlı xəbər əsassızdı.
"Football-plus.az" xəbər verir ki, bunu Françesko Kalvo bildirib. “Yuventus”un maliyyə direktoru baş məşqçinin postunda qalacağına işarə vurub:
“Cari mövsüm üçün hədəfimiz A seriyasında 2-ci yeri tutmaq və Avropa Liqasının finalına çıxmaqdı. Massimiliano Alleqrinin müqaviləsi 4 illikdi. Hələ bu müddətin yarısı belə arxada qalmayıb. “Yuventus”da fəaliyyət göstərdiyi 7 il ərzində 11 titul qazanıb və komandanı iki dəfə Çempionlar Liqasının finalına çıxarıb. Bu faktlar onun baş məşqçi vəzifəsindəki mövqeyinin müzakirə olunmamasından xəbər verir”.