Duşan Vlahoviçin yayda “Yuventus”u tərk etmək ehtimalı getdikcə artır.
“Football-plus.az” xəbər verir ki, gənc futbolçunu “Bavariya” transfer etmək istəyir. “Sky Sports”un məlumatına görə, Almaniya klubu 23 yaşlı hücumçu ilə əlaqə saxlayır. Münhenlilər serb futbolçunu bu yay almağı planlaşdırırlar. “Yuventus” isə “Bavariya”dan yüksək məbləğdə təklif gözləyir.
Vlahoviç bu mövsüm A seriyasında 27 oyuna çıxıb, 10 qol vurub və 2 qolun ötürməsini verib.