“Düşünürəm ki, Oveçkin iki il ərzində bunu bacaracaq. Onun bu qədər çox qol vurması qeyri-adi hadisədi”.
"Football-plus.az" xəbər verir ki, 18 yaşlı kanadalı həmçinin daha güclü olmaq üçün Oveçkinin zərbə tərzini öyrəndiyini qeyd edib:
“Onu izləməyə, ondan nələrsə götürməyə çalışıram, xüsusən də təktoxunuşlu zərbələr baxımından. Mənim zərbələrim onun zərbələrinə yaxın düşmür, ancaq həmişə nəyisə öyrənmək olar”.
Xatırladaq ki, Oveçkin MHL tarixinin snayperləri arasında 822 qolla 2-ci pillədə qərarlaşıb. Bu göstəricidə rekord isə Ueyn Qretskiyə (894) məxsusdu.






