Oveçkin 2024/25 mövsümündə Qretskiyə çatacaq?

29.12.2022 11:33 255
İdman
Dekabrın 24-də keçirilən “Vaşinqton” – “Vinnipeq” oyununda meydan sahiblərinin ulduzu Aleksandr Oveçkin 802-ci qolunu vurub MHL-in snayperləri cədvəlində Qordi Hounu arxada qoyandan sonra hokkey dünyasını yaxından maraqlandıran bir sual var: görəsən, rusiyalı hokkeyçi Ueyn Qretskinin 894 qolluq mütləq rekordunu da yeniləyə biləcəkmi?

Football-plus.az xəbər verir ki, “The Athletic”in əməkdaşı Tarik Əl-Bəşir bu sual ətrafında gümanlarını bölüşüb:

“İkinci yer artıq təmin olunub, indi əsas məsələyə - Qretskinin təqibinə köklənirik. Oveçkinə 92 qol lazımdı ki, dahi kanadalıya çatsın, 93 qol lazımdı ki, onu ötsün və rekord müəyyənləşdirsin. Çoxları düşünürdü ki, Qretskinin rekordunu nəinki yeniləmək, heç ona yaxın düşmək də mümkün olmayacaq. Oveçkin bu templə irəliləsə, 2024/25 mövsümündə Qretskiyə çata bilər”.