“Vaşinqton”un rusiyalı hücumçusu, Stenli kubokunun qalibi (2018), üçqat dünya çempionu Aleksandr Oveçkin maaşını nəyə xərclədiyi haqda danışıb:
"2008-də 124 milyon dollarlıq müqavilə imzaladım? Obrazlı şəkildə desəm, təkcə vergi bu məbləğin 50 faizini təşkil edir. Nəyə xərcləyirəm? Hazırda biz ev tikirik, mənzil, maşınlar almışıq. İstirahət etmək istəyəndə edirik".
Xatırladaq ki, 37 yaşlı hokkeyçi MHL tarixinin snayperləri siyahısında 2-ci pillədə qərarlaşıb. 822 qol vuran rusiyalı ulduz yalnız Ueyn Qretskidən (894) geri qalır.
Oveçkinin “Vaşinqton”la müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədərdi.