“Vaşinqton”un hücumçusu Aleksandr Oveçkin “Filadelfiya” ilə oyunda fərqlənməklə MHL-də qol sayını 810-a çatdırdı.
Football-plus.az xəbər verir ki, 37 yaşlı rusiyalı indi rekordçu Ueyn Qretskidən 84 qol geri qalır. Oveçkin MHL tarixinə həm də ev oyunlarında 400 qol vuran 5-ci hokkeyçi kimi düşdü. Ev oyunlarında qol sayına görə rekord da (492) Qretskiyə məxsusdu.
2-ci yerdə Qordi Hou (449), 3-cü yerdə Yaromir Yaqr (411), 4-cü yerdə isə Mayk Qartner (401) qərarlaşıb.