Oveçkin evdə qol sayına görə dördüncü oldu

30.01.2023 16:57 261
İdman
Ötən oyunda səfərdə qol sayına görə əfsanəvi Ueyn Qretskini arxada qoyan Aleksandr Oveçkin dünən “Pittsburq”la ev oyununda da fərqləndi.

Football-plus.az xəbər verir ki, “Vaşinqton”un 37 yaşlı ulduzu evdə 401-ci qolunu vurmaqla bu göstəricidə 4-cü yerdə qərarlaşan Mayk Qartnerə şərik oldu.

İlk üç pillədə isə Ueyn Qretski (492), Qordi Hou (449) və Yaromir Yaqr (411) qərarlaşıb. Yeri gəlmişkən, bu, Oveçkinin MHL-də 812-ci qolu idi. Hələ ki lider Qretskidi (894).