"Football-plus.az" xəbər verir ki, 28 yaşlı futbolçu oyun vaxtının azlığından narazıdı. Bəzi klublar – “Arsenal”, “Çelsi”, “Mançester Siti” və “Bavariya” oyunu durumu ilə yaxından maraqlanır. Bundan başqa, “Liverpul” da yetirməsini qaytarmağın əleyhinə deyil.
Xatırladaq ki, Aleksander-Arnold 2025-ci ildən bəri “Real”ın şərəfini qoruyur, onun İspaniya klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdi. Müdafiəçi 2026/27 mövsümündə madridlilərin heyətində bütün turnirlərdə 6 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu arada “Real”ın baş məşqçisi Joze Mourinyo komandasının cari mövsümdəki çıxışı haqda danışıb:
“İrəlidə hələ uzun yol var. Üç-dörd aydı burdayam. Belə qısa müddət ərzində arzuladıqlarımıza nail olmaq mümkün deyil. Komandamda “toxunulmaz” oyunçular yoxdu, bu konsepsiya xoşuma gəlmir. Futbolçunun toxunulmazlığı onun meydandakı oyunu ilə müəyyənləşir”.
La Liqanın cari mövsümündə 9 oyuna 21 xal toplayan madridlilər 3-cü pillədə qərarlaşıb. “Real”la bağlı daha bir maraqlı xəbər var. “The Athletic” yazır ki, İspaniya nəhəngi İngiltərənin 6 klubuna müraciət edərək, Avropa Superliqasının təşkili üçün ilkin xərclərin bir hissəsinin kompensasiya olunmasını tələb edib. Bu qaynağa inansaq, məbləğ 80 milyon avroya çata bilər. “Real”da belə hesab edirlər ki, “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Tottenhem” son nəticədə layihədən çıxsalar da, xərclərin öz paylarına düşən hissəsini ödəməyə borcludular.
Xatırladaq ki, 2021-ci ilin aprelində 12 klub Avropa Superliqasının yaradıldığını elan etdi. UEFA sanksiya təhdidi ilə çıxış edəndən sonra iştirakçıların əksəriyyəti layihəni tərk etdi, 2023-cü “Yuventus”, 2026-da isə “Real”la “Barselona” da buna məcbur oldu.





