Azərbaycan U-21 yığmasının ulduzu ilə bağlı yenilik! – bu dəfə ehtiyatda oturdu, gələn dəfə...

29.10.2026 21:55 36
Ölkə futbolu / Manşet
Ölkəmizin U-21 yığmasının üzvü Lorentso Mezzoteronun şərəfini qoruduğu “Sampdoriya” ilə bağlı yenilik var.

Belə ki, B seriyasında mübarizə aparan genuyalıların baş məşqçisi Luka D’Ancelo 9-cu turda – “Askoli” ilə səfər oyununda gənc hücumçunun adını cari mövsümdə ilk dəfə əsas komandanın heyətinə salsa da, debüt şansı verməyib.

Oyun “Askoli”nin 2:0 hesablı qələbəsiylə başa çatıb. Cəmi 5 xal toplayan “Sampdoriya” 20 komanda arasında 19-cu yerdədi. Yığma üzvünün əsas komandada debütünü gözləyənlərin ümidi növbəti oyuna qaldı.

İSRAYIL XEYRULLAYEV