• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Milanlılar zirvəyə sahib çıxdılar, “Roma” son 73 ildə belə zəif start götürməmişdi - TURUN ŞƏRHİ

Dünya futbolu

6-09-2023, 21:0

A seriyasında 2-ci turdan sonra 4 komanda xal itirməmişdi.

“Football-plus.az” xəbər verir ki, hesabat turunda “Napoli” və “Verona”nın büdrəməsindən sonra Milan klubları zirvəyə sahib çıxdılar. Əsas diqqət Roma və Neapoldakı matçlara yönəlmişdi.

Sentyabrın ilk günündə “Roma” azarkeşlərinə daha bir məyusluq yaşatdı. “Milan”ı qəbul edən paytaxt komandası yeni mövsümdə ardıcıl ikinci məğlubiyyətini aldı. Oyuna çox güclü başlayan qonaqlar hesabı erkən açmağa nail oldular. Loftus-Çikə qarşı kobud oynayan qapıçı Patrisio penaltiyə səbəbkar oldu. Jiru 9-cu dəqiqədə gözəl imkanı qaçırmadı. Fransalı hücumçu mövsümün ilk 3 oyununda 4-cü qolunu vurmaqla ukraynalı Şevçenkonun 2001/02 mövsümündə müəyyən etdiyi göstəricini təkrarladı. İlk hissədə milanlılar hakimdən rəqib qapısına daha bir penalti təyin etməsini gözləsələr də, Antonio Rapuano bu dəfə romalıları cəzalandırmağı lazım bilmədi. Fasilə ərəfəsində hesabın dəyişməsinə Patrisio imkan vermədi: portuqaliyalı qapıçı Pulişiçin zərbəsinə inanılmaz reaksiya verməklə penalti epizodundakı səhvinin “sığortaladı”. İkinci hissə yenicə başlamışdı ki, Leao “qayçı” zərbəsi ilə topu qapının sağ küncünə yönəltdi. Mübarizənin axarını Tomorinin növbəti xəbərdarlığa görə meydandan qovulması dəyişdi. 61-ci dəqiqədə on nəfərlə qalan Stefano Pyolinin komandası diqqəti hesabı qorumağa yönəltməyə məcbur oldu. Joze Mourinyo əvəzləmələr hesabına rəqibi qapısına sıxışdırmaqla qollardan birinin əvəzini çıxdı. Amma bu qol onun komandasına xal qazandırmadı və “Roma” 18-ci yerə yuvarlandı. Yeri gəlmişkən, penalti epizoduna etiraz edən portuqaliyalı mütəxəssis oyundan sonra mətbuat konfransını boykot etdi. “Milan” isə startda ardıcıl 3-cü qələbə ilə liderlər qrupunda qaldı.

Növbəti gün Neapolda keçirilən matçda çoxları “Latsio”dan qələbə gözləmirdi. Paytaxt komandası ilk iki turda “Leççe” (1:2) və “Cenoa”ya (0:1) uduzmuşdu. Amma görünür, Mauritsio Sarri komandasını “Napoli”yə qarşı oyuna yaxşı hazırlayıbmış. Təcrübəli çalışdırıcı 2015-18-ci illərdə başçılıq etdiyi cənubluların “zəif damar”ını tapıbmış. Doğrudu, son çempion ilk hissəni aşkar üstün vəziyyətdə keçirdi. Lakin Rudi Qarsiyanın komandası əlverişli şanslardan yararlanmaqda çox çətinlik çəkirdi. Romalılar isə Felipe Andersonun yaradıcı oyunu sayəsində hesabı açdılar. Amma Zyelinski onların sevincinin yalnız iki dəqiqə çəkməsinə səbəb olan cavab qolunu vurdu. Fasilədən sonra ev sahiblərinin hücumları xaotik xarakter aldı. Bundan isə rəqib məharətlə yararlanaraq ikinci topu da Meretin qapısından keçirdi. Beləliklə, “Latsio” bu mövsüm ilk xallarını qazandı, “Napoli” isə ilk dəfə məğlub oldu. Özü də Diqeo Maradonanın adını daşıyan stadionda...

Çempionun gözlənilməz məğlubiyyəti isə daha çox Milanın digər komandasının işinə yaradı. Çünki “İnter” növbəti qələbəsini qazanmaqla şərikli liderliyini davam etdirdi. Simone İnzaqinin komandası evdə “Fiorentina”nı darmadağın etdi. Ardıcıl ikinci il İtaliyanı Konfrans Liqasında təmsil edən qonaqlar həftəiçi “Rapid”i məğlub etməklə (2:0) qrupa düşmək üçün heç də az enerji itirməmişdilər. Vinçentso İtalyano avstriyalılarla cavab görüşündə tər tökən bir çox oyunçulara az-çox istirahət imkanı yaratmağı lazım bilmişdi. Nəticədə “bənövşəyilər” Milanda 0:4 hesablı məğlubiyyətdən qaça bilmədilər. İnamlı qələbədə əsasən iki hücumçunun rolu böyük oldu. Çempionlar Liqasının son finalçısına bu yay qoşulan Türam qara-göy formada qol hesabını açdı, dubl edən Lautaro Martinesin ilk qoluna assistenlik etdi və komandasına penalti qazandırdı. Bir sözlə, 26 yaşlı fransalı hücumçu matça damğa vurdu. Onun komandası topların daha yaxşı fərqinə əsasən “Milan”ı qabaqlayaraq 1-ci yeri ələ keçirdi. Yeri gəlmişkən, növbəti turda əzəli rəqiblərdən azı biri xal itkisindən qaça bilməyəcək. Səbəb sadədi: sentyabrın 19-da Milan derbisi olacaq!..

Əsas diqqətini A seriyasına yönəldən “Yuventus” əvvəlki turun “Bolonya” ilə ev oyununda (1:1) iki xal itirmişdi. Ölkə nəhəngi Empolidə büdrəmədi. Massimiliano Alleqrinin komandası hər hissədə bir cavabsız qol vuararq qələbə qazandı. Hərçənd sonda böyükhesablı nəticə qeydə alına bilərdi. Amma Vlahoviçin penalti zərbəsini qapıçı Berişa dəf etdi. 3 oyun 7 xal toplayan “Yuventus” topların daha yaxşı fərqinə əsasən 3-cü yerdədi.

Maraqlıdı ki, “Leççe”nin də hesabında bu qədər xal var və cənublular mövsümün əvvəlində azarkeşlərini əməlli-başlı ümidləndiriblər.

3-cü tur
Roma – Milan 1:2
Spinatsola, 90+2 - Jiru, 9-p. Leao, 48. (61690)
Roma: Patrisio, Lyorente, Smollinq, Mançini (Paqano, 79), Zalevski, Çelik (Spinatsola, 70), Auar (Lorentso Pelleqrini, 31), Paredes (Bove, 71), Kristante, Əl-Şaaravi (Lukaku, 70), Belotti.
Milan: Menyan, Ernandes, Tomori, Tiav, Kalabriya, Reynders, Kruniç, Loftus-Çik (Kalulu, 65), Leao (Okafor, 76), Pulişiç (Çukvueze, 76), Jiru (Pobeqa, 70).
Napoli – Latsio 1:2
Zyelinski, 32 - Luis Alberto, 30. Kamada, 52. (42000)
Napoli: Meret, Olivera (Ruy, 66), Juan Jezus, Rrahmani, Di Lorentso, Zyelinski (Simeone, 84), Lobotka, Zambo Angissa, Kvaratsxeliya (Raspadori, 66), Politano (Lindstrem, 75), Osimhen.
Latsio: Provedel, Hüsay (Luka Pelleqrini, 81), Romanyoli, Kazale, Maruşiç, Luis Alberto, Kataldi, Kamada (Genduzi, 65), Zakkanyi (İsaksen, 90+3), Felipe Anderson (Pedro, 80), İmmobile (Kastelyanos, 90+3).
Atalanta – Montsa 3:0
Ederson, 34. Skamakka, 42; 62. (14985)
Atalanta: Musso, Kolaşinats (Palomino, 89), Skalvini, Cimşiti, Rucceri (Bakker, 75), Ederson, De Roon, Zappakosta (Holm, 75), Koopmeyners, De Ketelare (Muriel, 81), Skamakka (Lukmen, 81).
İnter – Fiorentina 4:0
Türam, 23. Lautaro Martines, 53; 73. Çalhanoğlu, 58-p. (72739)
İnter: Zommer, A.Bastoni, De Vrey, Darmian, Dimarko (Kuadrado, 70), Dyumfris (Auqusto, 70), Barella (Frattezi, 59), Mxitaryan, Çalhanoğlu (Asllani, 78), Lautaro Martines, Türam (Arnautoviç, 70).
Fiorentina: Kristensen, Biraqi, Ranyeri, Milenkoviç, Dodo, Mandraqora, Artur (Amatuççi, 75), Kuame (Sottil, 46), Bonaventura (İnfantino, 55), Qonsales (Brekalo, 55), Beltran (Nzola, 46).
Empoli – Yuventus 0:2
Danilo, 24. Kyeza, 82. (14000)
Yuventus: Perin, Danilo, Bremer, Qatti, Kostiç (Kambyaso, 71), Lokatelli, Rabyo, Miretti (Poqba, 62), Makkenni (Vea, 84), Kyeza (Ken, 83), Vlahoviç (Milik, 71).
Sassuolo – Verona 3:1
Pinamonti, 11. Berardi, 64; 71-p. – Nqonq, 56. (10356)
Udineze – Frozinone 0:0
(20116)
Bolonya – Kalyari 2:1
Zirkzee, 60. Fabbian, 90 – Luvumbo, 22. (22818)
Torino – Cenoa 1:0
Radonyiç, 90+4. (18000)
Leççe – Salernitana 2:0
Krstoviç, 6. Strefetsa, 90+8-p. (12000)

1. İnter 3 3 0 0 8-0 9
2. Milan 3 3 0 0 8-2 9
3. Yuventus 3 2 1 0 6-1 7
4. Leççe 3 2 1 0 6-3 7
5. Atalanta 3 2 0 1 6-2 6
6. Napoli 3 2 0 1 6-3 6
7. Verona 3 2 0 1 4-4 6
8. Fiorentina 3 1 1 1 6-7 4
9. Bolonya 3 1 1 1 3-4 4
10. Frozinone 3 1 1 1 3-4 4
11. Torino 3 1 1 1 2-4 4
12. Latsio 3 1 0 2 3-4 3
13. Sassuolo 3 1 0 2 3-5 3
14. Cenoa 3 1 0 2 2-5 3
15. Montsa 3 1 0 2 2-5 3
16. Salernitana 3 0 2 1 3-5 2
17. Udineze 3 0 2 1 1-4 2
18. Roma 3 0 1 2 4-6 1
19. Kalyari 3 0 1 2 1-4 1
20. Empoli 3 0 0 3 0-5 0
Bombardirlər: Lautaro Martines (İnter) - 5, Jiru (Milan) – 4, Osimhen (Napoli) – 3.
Növbəti turun oyunları sentyabrın 16-18-i aralığında keçiriləcək: Yuventus - Latsio, İnter – Milan, Cenoa - Napoli, Kalyari – Udineze, Frozinone – Sassuolo, Montsa - Leççe, Fiorentina – Atalanta, Roma - Empoli, Salernitana - Torino, Verona – Bolonya.

Turun rəqəmi
73 – “Roma” mövsümün ilk 3 oyununda yalnız 1 xal qazana bilib. Bu, paytaxt komandasının A seriyasında son 73 ildə ən zəif startıdı. “Canavarlar” 1950/51 mövsümündə keçirdikləri ilk üç matçın hamısında uduzmuşdular. “Roma”nın həmin mövsümdə B seriyasına düşdüyünü də xatırladaq.

Turun ulduzu
Felipe Anderson (Latsio) - braziliyalı futbolçu “Napoli” ilə matçı fantastik keçirdi. Yarımmüdafiəçi çempionun evdə məğlub olmasında iki dəfə assistent kimi rol oynadı. Felipe Andersonun hesabı açan Luis Albertoya verdiyi ötürmə A seriyasının tarixinə düşməyə layiqdi. 30 yaşlı futbolçu meydanda olduğu 80 dəqiqə ərzində arxa xəttə də kömək etməklə universallığını nümayiş etdirdi.

Turun sitatı
Rudi Qarsiya, “Napoli”nin baş məşqçisi: “Rəqib ikinci hissəni çox yaxşı keçirdi. Ola bilsin ki, fasilədən sonra yalnız qələbəni düşündü. Amma məncə, heç-heçə bu oyunun ən ədalətli nəticəsi olardı. Sadəcə, “Latsio” qol imkanlarından daha effektli istifadə edə bildi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-04-2023, 21:0

Romalılar üçün düşərli tur – TURUN ŞƏRHİ

Dünya futbolu

30-08-2023, 21:0

Paytaxt komandaları yenə büdrədilər – TURUN ŞƏRHİ

Dünya futbolu

24-05-2023, 17:0

A seriyasında “Napoli” üçün tarixi fakt - TURUN ŞƏRHİ

Dünya futbolu

2-03-2023, 21:0

A Seriyanın 24-cü turunda baş verən maraqlı MƏQAMLAR

Reportaj / Çempionlar Liqası

25-04-2023, 18:0

“Milan” 16 ildən sonra yarımfinalda - REPORTAJ

Dünya futbolu

2-06-2023, 23:0

A seriyasında ya “Spetsiya” qalacaq, ya da “Verona” – TURUN ŞƏRHİ

Aktual
Mahir, Elvin, Nəriman, Renat... – onların millidə nə işi var?
“Yalnız iclasdan sonra səbəblər və hədəflər haqda məlumat verə biləcəyik” – klub prezidenti
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Veysəlin məşqlərə qatılmasına ağ ciyərinin durumu mane olub – “Kəpəz”dən cavab
"Birinci liqa klublarından da cəlbedici təklif olarsa..." – Elmar Baxşıyev
“İsgəndər Cavadovdan tutmuş başqalarına qədər…” - “Qəbələ”dən media sektorundakı xaosa reaksiya
Son xəbərlər
  • Dünən, 20:27
    Ter Ştegenin yolu haradı?
  • Dünən, 18:40
    La Liqada gözlənilən istefa
  • Dünən, 17:37
    “Liverpul”u tərk edəcək
  • Dünən, 16:51
    Azər Bağırov "Kəpəz"dən ayrıldı - RƏSMİ
  • Dünən, 16:42
    PSJ-nin rəhbərliyindən futbolçulara böyük motivasiya
  • Dünən, 16:00
    Mahir, Elvin, Nəriman, Renat... – onların millidə nə işi var?
  • Dünən, 15:36
    Veremeyev də göndərildi
  • Dünən, 15:15
    Qərbdə hesab bərabərdi, Şərqdə “Nyu-York” öndədi
  • Dünən, 14:42
    “Yalnız iclasdan sonra səbəblər və hədəflər haqda məlumat verə biləcəyik” – klub prezidenti
  • Dünən, 14:03
    “Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
  • Dünən, 13:30
    Əziz Yıldırım sabiq niderlandlı ulduzu ''Fənər''ə geri qaytarır
  • Dünən, 13:00
    Veysəlin məşqlərə qatılmasına ağ ciyərinin durumu mane olub – “Kəpəz”dən cavab
  • Dünən, 12:30
    Əziz Yıldırım Kocamanın ''Fənər'' üçün dəyərini xatırlatdı
  • Dünən, 11:59
    Millimiz Fransaya qarşı
  • Dünən, 11:20
    PSJ ardıcıl ikinci, “Arsenal” tarixinin ilk titulunu qazana bilər
  • Dünən, 10:49
    "Birinci liqa klublarından da cəlbedici təklif olarsa..." – Elmar Baxşıyev
  • Dünən, 10:03
    Bu klub Fatidən razıdı
  • 29-05-2026, 23:0
    İran Antalyada qələbə qazandı
  • 29-05-2026, 23:0
    “İsgəndər Cavadovdan tutmuş başqalarına qədər…” - “Qəbələ”dən media sektorundakı xaosa reaksiya
  • 29-05-2026, 23:0
    “Qələbə qazanmağa gəlmişdik” – Abbe Usman
  • 29-05-2026, 22:0
    Nərimanın forması Budapeştdə nümayiş etdirilir
  • 29-05-2026, 22:0
    "Şamaxı"da 11-ci ayrılıq
  • 29-05-2026, 21:0
    Əli Səmədov daha iki il "Kəpəz"də - RƏSMİ
  • 29-05-2026, 21:0
    Murad Məmmədov “Pafos”a nə vaxt qoşulacaq? – “mənə belə deyiblər”
  • 29-05-2026, 20:0
    Millimiz İtaliyaya qalib gəldi, pley-offa vəsiqə qazandı
  • 29-05-2026, 20:0
    Jezuş Səudiyyə Ərəbistanından rəsmən ayrıldı - Türkiyəyə gələcəkmi?
  • 29-05-2026, 19:0
    Montella Kərəm Aktürkoğlunun son durumu barədə nə dedi? - ''Riskə getməyəcəm''
  • 29-05-2026, 19:0
    “Sabah” bölgələrdə istedad axtarışına çıxır
  • 29-05-2026, 18:0
    “Həmişə meydana qələbəni düşünərək çıxmışıq” – Prins Ovusu
  • 29-05-2026, 18:0
    "Ağstafa Gəncləri" 2-ci liqada qaldı
  • 29-05-2026, 17:0
    Yankoviç yığmaya dəvət aldı
  • 29-05-2026, 17:0
    "Karvan-Yevlax" Fizuli Məmmədovla yolları ayırdı
  • 29-05-2026, 17:0
    Romadan Milana üz tuta bilər
  • 29-05-2026, 16:0
    Modriç üçün həqiqət anı
  • 29-05-2026, 15:0
    Uğursuzluğa baxmayaraq, postunu qorudu
Daha çox
Oxunub: 379
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 259
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 195
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 194
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 194
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 190
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə