• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

A Seriyanın 24-cü turunda baş verən maraqlı MƏQAMLAR

Dünya futbolu

2-03-2023, 21:0

A seriyasında 24-cü tur dörd günü əhatə etdi.

Football-plus.az xəbər verir ki, şənbə günü start götürən tura çərşənbə axşamı keçirilən son iki oyunla yekun vuruldu. Tur Roma və Turin klubları üçün fərqli nəticələrlə yadda qaldı.

Bazar ertəsi keçirilən “Latsio” – “Sampdoriya” matçında yalnız bir qol qeydə alındı. B seriyasına düşməmək üçün çarpışan qonaq komanda güclü rəqibin hücumlarının qarşısını uzun müddət alsa da, sona yaxın hesabda geri düşdü. Luis Albertonun 80-ci dəqiqədə cərimə meydançasının kənarından vurduğu qolu izləməyə dəyərdi. “Latsio” baxımlı qolla xalını 45-ə çatdıraraq cədvəldə 5-ci yerdən 4-ə yüksəldi.

Paytaxtın digər komandası isə turu xalsız başa vurdu. Bəli, “Roma” bu mövsüm liqada qələbə üzü görməyən “Kremoneze”yə uduzdu! Sindroma son qoyan Davide Ballardininin komandası rəqibinin həftəiçi Avropa Liqasında “Zaltsburq”u 2:0 hesabı ilə məğlub etməklə çox güc itirməsindən maksimum yararlandı. Hesabı 17-ci dəqiqədə Tsacutun topu qapının “doqquzluğ”una yönəltməsi ilə açan kremonalılar üçün romalıların ikinci hissədə baş məşqçisiz qalmasının da faydası oldu. Fasilə yenicə sona çatmışdı ki, Joze Mourinyo hakim Marko Piççinininin ünvanına təhqiramiz söz işlətdiyi üçün texniki zonadan qovuldu. O, cərimə meydançasında Kumbullanın Tsacut ilə toqquşmadan sonra qazona yıxılmasına görə penalti təyin olunmamasına görə əsəblərinə hakim ola bilmədi. İlk hissədə qapıya bir dəqiq zərbə belə endirə bilməyən komandasından narazı qalan portuqaliyalı mütəxəsis bir saatlıq mübarizə arxada qalandan sonra hansısa vasitə ilə köməkçisinə birdən-birə 4 dəyişikliyə əl atmaq göstərişini verdi. Meydana yenicə çıxan oyunçular “Roma”nın 71-ci dəqiqədə hesabı bərabərləşdirməsinə şərait yaratdılar. Lakin on dəqiqə sonra qonaqlar növbəti səhvə yol verdilər və qapıçı Patrisionun Okerekeyə qarşı kobud oyununa görə təyin olunan penaltini Çiofani dəqiq yerinə yetirdi. “Kremoneze” cari mövsümdə çempionatda ilk qələbəsini qazanmaqla sonuncu yerdən qurtuldu. Yeri gəlmişkən, Ballardininin komandası fevralın 2-də ölkə kubokunun paytaxtda keçirilən 1/4 final matçında “Roma”nı yenə 2:1 hesabıyla məğlub edərək sensasiyalı şəkildə yarımfinala adlamışdı.
Tura Tirin derbisi ilə yekun vuruldu. “Yuventus” – “Torino” matçı olduqca dramatik axarda keçdi. Qonaq komanda ilk hissədə iki dəfə hesabı öz xeyrinə dəyişdi, amma ev sahibləri də fasiləyə qədər iki qol vurmağa nail oldular. İkinci hissədə daha çox səhv edən “Torino” bunun cəzasını qapısında iki cavabsız top görməklə çəkdi. Braziliyalı müdafiəçi Bremerin sabiq komandasına qol vurmasını və Poqbanın bu mövsüm ilk rəsmi oyuna çıxmasını da qeyd edək.

Xatırladaq ki, fransız futbolçu ötən yay hazırlıq oyununda ağır zədə almış və əməliyyat olunmuşdu.


Faktlar
* “Verona” ilə matçda son nöqtəni qoyan Biraqi qapıya 57,91 metrdən yol tapdı. “Fiorentina”nın müdafiəçisi son 10 ildə A seriyasında ən uzaq məsafədən qol vuran oyunçu oldu. Maraqlıdı ki, 2013-cü ildə florensiyalıların daha bir oyunçusu Ronkalya “Napoli” ilə oyunda 61,48 metrdən qapıçını məyus etmişdi.
* “Latsio” bu mövsüm A seriyasında keçirdiyi 24 oyunun 20-də ilk hissədə qapısını toxunulmaz saxlayıb. Bu, cari mövsümdə qitənin 5 aparıcı liqasında rekord göstəricidi.
* “Kremoneze” A seriyası matçında 27 ildən sonra ilk dəfə fasiləyə hesabda üstün durumda yollandı. Kremonalılar 1996-cı ilin aprelində “Bari” ilə səfər matçının ilk yarısını 1:0 öndə tamamlasalar da, sonda 1:2 hesabı ilə uduzmuşdular.
* Turin derbisində 28 ildən sonra ilk hissədə azı 4 qol vuruldu. Sonuncu belə hal 1995-ci ilin yanvarında qeydə alınmışdı. Onda “Torino” “Yuventus”a 3:2 hesabı ilə qalib gəlmiş və bütün qollar fasiləyə qədər vurulmuşdu.
* “Yuventus”un qapısına 92-ci saniyədə yol tapan Karamo A seriyasında keçirilən Turin derbilərində ən erkən qolun müəllifi oldu.
* Şçensnı “Yuventus”da bütün turnirlərdə 200-cü, Aleks Sandro isə 300-cü oyununu keçirdi.
* Poqba 315 gündən sonra rəsmi oyunda iştirak etdi. Fransalı yarımmüdafiəçi sonuncu dəfə yaşıl meydanda 2022-ci ilin aprelində sabiq klubu “Mançester Yunayted”in heyətində İngiltərə premyer-liqasının “Liverpul”a qarşı matçında (0:4) görünmüşdü.
* Barreneçea “Yuventus”un formasında İtaliya çempionatında debüt etdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-05-2022, 12:0

Yalnız Volkdan geri qalır

Dünya futbolu

21-03-2022, 19:0

Roma derbisinin tarixinə düşdü

Dünya futbolu

25-02-2023, 12:0

Artıq çempionatda xalsız komanda yoxdu - ŞƏRH

Dünya futbolu

6-09-2022, 17:0

''Qalatasaray'' yenə qələbə qolunu sonda vurdu

Aktual
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
Son xəbərlər
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Dünən, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Dünən, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Dünən, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Dünən, 10:00
    Klubuna sadiq qaldı
  • 4-08-2026, 23:0
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • 4-08-2026, 23:0
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • 4-08-2026, 22:0
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • 4-08-2026, 22:0
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə