• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milan” 16 ildən sonra yarımfinalda - REPORTAJ

Reportaj / Çempionlar Liqası

25-04-2023, 18:0

ÇL-də 11 ildən sonra ilk dəfə 1/4 finala vəsiqə qazanan “Milan” aprelin 12-də keçirilən ilk oyunda “Napoli”yə minimal hesabla qalib gəlmişdi.

"Football-plus.az" xəbər verir ki, tarixində ilk dəfə ÇL-in (Çempionlar Kubokunun) bu mərhələsinə çıxan neapollular daha əvvəl milanlılardan böyük zərbə almışdılar. İtaliyanın son çempionu aprelin 2-də Neapolda baş tutan matçda A seriyasında inamla liderlik edən rəqibinin qapısından 4 cavabsız top keçirmişdi. Luçano Spallettinin komandasının bu məğlubiyyətlərin əvəzini evdəki cavab görüşündə çıxmaq şansı vardı. İlk oyunu zədə üzündən buraxan, 21 qolla A seriyasının bombardiri olan Osimhenin zədəsini sağaltması neapolluları ümidləndirməyə bilməzdi. Amma bu da var ki, onlar Milandakı matçda cəzalı duruma düşən yarımmüdafiəçi Zambo Angissa ilə müdafiəçi Kim Min Çjedən də yararlana bilməyəcəkdilər. Bu itkilər isə Spallettinin planlarına ciddi zərbə idi.

Əfsanəvi Dieqo Maradonanın adını daşıyan stadiondakı həlledici matç ev sahiblərinin aşkar üstünlüyü şəraitində keçdi. Lakin neapollular statistik üstünlükdən rəqib qapısı qarşısında müntəzəm təhlükələr yaratmaq baxımından istifadə edə bilmədilər. Stefano Pyolinin komandası rəqibin Kvaratsxeliya və Osimhen kimi əsas qol silahlarının qarşısını təşkilatlanmış oyunu ilə almağı bacarırdı. Sıx müdafiə olunan milanlıların nadir əks-hücumları daha effektli alınırdı. İlk hissənin ortalarında Leao komandasına penalti qazandırdı, ancaq Jirunun zərbəsini Meret dəf etdi. Fransalı hücumçu fasilə ərəfəsində portuqaliyalı oyundaşının ötürməsi ilə hesabı açaraq səhvini düzəltdi.

“Napoli” ikinci hissədə oyun planında üstünlüyünü bir qədər də artırdı. Lakin Spallettinin komandası yenə hücum xəttində yaradıcı oyun sərgiləməkdə çətinlik çəkirdi. Ev sahiblərinin cərimə meydançasına çoxsaylı asmaları qonaqlar üçün ciddi təhlükələr yaratmırdı. 82-ci dəqiqədə neapollular Tomorinin topa əllə toxunmasına görə penalti vurmaq hüququ qazandılar. Amma Kvaratsxeliyanın zərbəsini Menyan dəf etdi. Bununla belə, ev sahibləri əsas vaxta əlavə olunan dəqiqələrdə Osimhenin sayəsində məğlubiyyətdən qaça bildi. Lakin heç-heçə onların işinə yaramadı. Beləliklə, “Milan” ən nüfuzlu klub turnirində uzun fasilədən sonra yarımfinala çıxdı. Pyolinin komandası növbəti mərhələdə “İnter” – “Benfika” cütünün qalibi ilə oynayacaq. “Napoli” isə bundan sonra İtaliya çempionluğunu daha tez rəsmiləşdirməyə çalışacaq.

oyunun statistikası
23 (4) qapıya (“çərçivə”yə) zərbə 6 (4)
16 künc zərbəsi 1
0 ofsayd 1
14 qayda pozuntusu 12
2 (0) sarı (qırmızı) vərəqə 2 (0)
63 topa sahibolma (faizlə) 37


Faktlar
* “Milan” ÇL-də 16 ildən sonra yarımfinala vəsiqə qazandı. Komanda sonuncu dəfə bu mərhələdə 2007-ci ildə çıxış etmişdi. “Qırmızı-qaralar”
həmin il keçirilən finalda “Liverpul”a qalib gəlməklə (2:1) turnirin qalibi olmuşdular.
* Jiru 11 ildən sonra penaltini qola çevirə bilmədi. Fransalı hücumçu sonuncu dəfə “Arsenal”da çıxış edərkən, 2012-ci il sentyabrın 26-da real qol şansını boşa vermişdi. O vaxtdan Jiru 17 penaltinin hamısından yararlana bilmişdi.
* Meret ÇL-də son 18 ildə “Milan”ın oyunçusunun penalti zərbəsini dəf edən ilk qapıçı oldu. Sonuncu dəfə buna nail olan qapıçı Yeji Dudekdi. “Liverpul”un sabiq qapıçısı 2005-ci ildə keçirilən finalda Andrey Şevçenkonun zərbəsini dəf etmişdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Reportaj

17-04-2023, 22:0

“Milan”dan minimal hesablı qələbə - REPORTAJ

Dünya futbolu

5-04-2023, 16:0

Son çempiondan liderə sarsıdıcı zərbə - 28-ci turun şərhi

Dünya futbolu

15-04-2023, 23:0

A seriyasının bombardiri geri qayıdır

Dünya futbolu

26-10-2022, 13:0

“Milan” 17 ildən sonra…

Dünya futbolu

12-04-2023, 13:0

“Napoli” tarixində daha bir ilki reallaşdırdı - ŞƏRH

Dünya futbolu

4-03-2023, 15:0

Liderin iki seriyası qırıldı

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 100
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 87
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə