• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Paytaxt komandaları yenə büdrədilər – TURUN ŞƏRHİ

Dünya futbolu

30-08-2023, 21:0

A seriyasının 2023/24 mövsümünün 2-ci turu daha çox avrokuboklarda oynamağa iddialı olan əksər komandaların xal itirməsi ilə yadda qaldı. İlk iki oyun günündə bir sıra sürprizlərə təsadüf edildi.

"Football-plus.az" xəbər verir ki, amma bu fikir ötən mövsüm finişə 5 tur qalmış 33 illik çempionluq həsrətinə son qoyan “Napoli”yə şamil olunmur. Ona görə ki, cənublular yeni mövsümə statusuna uyğun başlayıblar. Baş məşqçi vəzifəsində rəsmi debütü uğurlu alınan Rudi Qarsiyanın komandası 1-ci turda “Frozinone”ni səfərdə 3:1 hesabıyla məğlub etmişdi. İlk ev oyununda “Sassuolo”nu qonaq edən çempion yenə iki top fərqi ilə qalib gəldi. Əvvəcə Politanonun qazandığı penaltini dəqiq yerinə yetirən Osimhen hesabı açdı. 52-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Lopes həddən artıq kobud oyuna görə qarşısında birbaşa qırmızı vərəqə gördü. Bir saatlıq mübarizə arxada qalandan sonra hesab 2:0 ola bilərdi. Lakin Raspadori penaltini qola çevirə bilmədi. Bir neçə dəqiqədən sonra müdafiəçi Di Lorentso qapıçı ilə təkbətək qaldığı epizodda ikinci qolu vurdu. Beləliklə, “Napoli” mövsümə ardıcıl iki qələbə ilə başladı.

“Milan” da belə göstəriciyə malikdi. Lombardiyalılar evdə “Torino”nu 4:1 hesabıyla məğlub etdilər. Qaliblərin qollarından ikisini penalti ilə Jiru vurdu. Digər qolların müəllifləri isə Pulişiçlə Ernandes oldu. Milanlılara bu yay qoşulan Pulişiçin A seriyasındakı ikinci oyunda da qapıya yol tapması diqqətdən yayına bilməz. Maraqlıdı ki, amerikalı vinger ötən mövsüm “Çelsi”nin formasında premyer-liqada meydana çıxdığı 24 oyunda yalnız bir dəfə qol sevinci yaşamışdı. Kristianın qolu londonluların sabiq oyunçusu Loftus-Çikin ötürməsi ilə vurduğunu da bildirək.

Tur paytaxt klubları üçün uğursuz alındı. Mövsümə evdə “Salernitana”dan yalnız bir xal (2:2) almaqla başlayan “Roma” Veronadan evə əliboş qayıtdı. Joze Mourinyonun komandası ilk hissədə xaotik oyunla yadda qaldı. Bunun məntiqi nəticəsi isə fasiləyə iki top buraxmaqla yollanmaq oldu. İlk oyunu müxtəlif səbəblərdən buraxan Lorentso Pelleqrini ilə Dibalanın sıraya dönməsi də “canavarlar”a xeyirli olmadı. Qonaqların gücü yalnız 2-ci hissədə təsəlli qolunu vurmağa çatdı.

“Latsio” da azarkeşlərini məyus etdi. Paytaxt təmsilçisi evdə “Cenoa”dan xal ala bilmədi. Argentinada doğulan italyanəsilli hücumçu Retegi A seriyasında qol hesabını açdı. B seriyasından bu yay qayıdan genuyalılar arxa xətdə çox yaxşı təsir bağışladılar. Mauritsio Sarrinin komandasının ardıcıl ikinci məğlubiyyətdən qaça bilməməsi turun ən böyük sürprizi oldu. “Qartallar”ın bu mövsümə belə start verəcəyi heç gözlənilmirdi...

Bu mövsüm avrokuboklarda oynamayan “Yuventus”un əsas diqqətini A seriyasına yönəltdiyi aydın məsələdi. Oyun qrafiki yüngül olacaq ölkə nəhəngi ilk turda “Udineze”ni səfərdə üç cavabsız qolla məğlub etmişdi. “Bolonya” ilə ev oyununun da turinlilər üçün çətin keçəcəyini gözləmək olardı. Lakin Massimiliano Alleqrinin komandası ilk hissədə rəqibin ciddi müqaviməti ilə üzləşdi. Qonaqlar hissənin ortalarında hesabı da açdılar. Bundan sonra turinlilərin riskli oyun oynaması qaçılmaz oldu. Hücuma daha çox meyl edən “Yuventus”un gücü yalnız məğlubiyyətdən qaçmağa çatdı: Vlahoviç 80-ci dəqiqədə komandasına bir xal qazandırdı.

Tur “Atalanta” üçün də uğursuz alındı. Berqamolular Frozinonedə 1:2 hesablı məğlubiyyətlə barışmalı oldular. B seriyasının son mövsümünün qalibi olan Eusebio Di Françeskonun komandası qələbəni böyük ölçüdə ilk hissədəki möhtəşəm oyunu ilə təmin etdi.

Yeni mövsümə səfərdə “Cenoa” üzərində inamlı qələbə (4:1) ilə başlayan “Fiorentina” evdə bir xalla kifayətləndi. Ardıcıl ikinci il İtaliyanı Konfrans Liqasında təmsil edəcək “bənövşəyilər” “Leççe”yə qarşı matçın ilk hissəsini iki topluq üstünlüklə başa vurdular. Lakin fasilədən sonra üstünlüyü əldən verdilər - 2:2.

2-ci tur
Frozinone – Atalanta 2:1
Harrui, 5. Monterizi, 24 – Sapata, 56. (13426)
Atalanta: Musso, Kolaşinats, Skalvini, Cimşiti (Muriel, 75), Rucceri (Bakker, 80), Ederson, De Roon, Zappakosta (Zortea, 46), Koopmeyners, Lukmen (De Ketelare, 46), Sapata (Skamakka, 68).
Verona – Roma 2:1
Duda, 4. Nqonq, 45+3 – Auar, 56. (23147)
Roma: Patrisio, Lyorente (Spinatsola, 46), Smollinq, Mançini, Zalevski (Karsdorp, 51), Kristante, Paredes (Auar, 46), Kristensen (Əl-Şaaravi, 56), Pelleqrini, Dibala (Solbakken, 68), Belotti.
Milan – Torino 4:1
Pulişiç, 33. Jiru, 43-p.; 65-p. Ernandes, 45+2 – Sxyurs, 36. (72013)
Milan: Menyan, Ernandes (Florentsi, 87), Tomori, Tiav (Kyaer, 76), Kalabriya, Reynders, Kruniç, Loftus-Çik (Musa, 66), Leao (Okafor, 66), Pulişiç, Jiru (Çukvueze, 66).
Yuventus – Bolonya 1:1
Vlahoviç, 80 - Ferqyuson, 24. (36107)
Yuventus: Perin, Danilo, Bremer, Aleks Sandro, Kambyaso (Aylinq, 66), Lokatelli, Rabyo (Makkenni, 82), Facoli (Poqba, 66), Vea (Yıldız, 82), Kyeza (Milik, 74), Vlahoviç.
Fiorentina – Leççe 2:2
Qonsales, 3. Dunkan, 25 – Rafya, 49. Krstoviç, 76. (34604)
Fiorentina: Kristensen, Parizi, Lukas Martines, Milenkoviç, Dodo, Dunkan (Kuame, 83), Artur (Mandraqora, 72), Sottil (Nzola, 65), Bonaventura (İnfantino, 83), Qonsales, Beltran (Brekalo, 65).
Napoli – Sassuolo 2:0
Osimhen, 16-p. Di Lorentso, 64. (46925)
Napoli: Meret, Olivera, Juan Jezus (Estiqor, 90), Rrahmani, Di Lorentso, Zyelinski (Kayuste, 83), Lobotka (Simeone, 85), Zambo Angissa, Raspadori (Elmas, 83), Politano (Kvaratsxeliya, 61), Osimhen.
Latsio – Cenoa 0:1
Retegi, 16. (40000)
Latsio: Provedel, Latsari, Romanyoli, Kazale, Maruşiç (Luka Pelleqrini, 66), Luis Alberto, Kataldi (Kastelyanos, 79), Kamada (Vesino, 66), Zakkanyi, Felipe Anderson (İsaksen, 67), İmmobile.
Montsa – Empoli 2:0
Kolpani, 45; 53. (8155)
Salernitana – Udineze 1:1
Dia, 72 – Samarciç, 57. (20000)
Kalyari – İnter 0:2
Dumfris, 21. Martines, 30. (16412)
1. Milan 2 2 0 0 6-1 6
2. Napoli 2 2 0 0 5-1 6
3. İnter 2 2 0 0 4-0 6
4. Verona 2 2 0 0 3-1 6
5. Fiorentina 2 1 1 0 6-3 4
6. Yuventus 2 1 1 0 4-1 4
7. Leççe 2 1 1 0 4-3 4
8. Atalanta 2 1 0 1 3-2 3
9. Montsa 2 1 0 1 2-2 3
10. Frozinone 2 1 0 1 3-4 3
11. Cenoa 2 1 0 1 2-4 3
12. Salernitana 2 0 2 0 3-3 2
13. Roma 2 0 1 1 3-4 1
14. Bolonya 2 0 1 1 1-3 1
15. Kalyari 2 0 1 1 0-2 1
16. Udineze 2 0 1 1 1-4 1
17. Torino 2 0 1 1 1-4 1
18. Latsio 2 0 0 2 1-3 0
19. Empoli 2 0 0 2 0-3 0
20. Sassuolo 2 0 0 2 0-4 0
Bombardirlər: Osimhen (Napoli), Jiru (Milan), Martines (İnter) - 3.
Növbəti turun oyunları sentyabrın 1-3-ü aralığında keçiriləcək: Sassuolo - Verona, Roma - Milan, Udineze – Frozinone, Bolonya - Kalyari, Napoli –Latsio, Atalanta – Montsa, Torino - Cenoa, İnter – Fiorentina, Empoli – Yuventus, Leççe – Salernitana.

Turun rəqəmi
5 – nəhayət, Xviça Kvaratsxeliya ölkə çempionatında uzun sürən qeyri-məhsuldar çıxışına son qoydu. Gürcü futbolçu “Sassuolo” ilə oyunda komandasının ikinci qolunun ötürməsini verdi. 22 yaşlı hücumçu A seriyasında sonuncu dəfə 5 ay əvvəl qol epizodunda yaxından iştirak etmişdi. Martın 19-da “Torino” ilə matçda “Napoli”nin 4:0 hesablı qələbəsində bir qol və məhsuldar ötürmə ilə rol oynamışdı. Xviçanın İtaliya çempionatındakı debüt mövsümündə meydana çıxdığı 34 oyunda 12 qolun və 10 məhsuldar ötürmənin müəllifi olduğunu da xatırladaq.

Turun ulduzu
Ondrey Duda (Verona) - slovakiyalı futbolçu “Roma” ilə matçda komandasının maksimum xal qazanmasında böyük rol oynadı. Duda nəticəyə 1 qol və məhsuldar ötürmə ilə təsir etdi. Maraq üçün 28 yaşlı yarımmüdafiəçinin ötən mövsüm “Verona”nın formasında A seriyasında meydana çıxdığı 15 oyunda qol vur abilmədiyini xatırladaq.

Turun sitatı
Marko Landuççi, “Yuventus”un məşqçisi: “Baş məşqçimiz Alleqrini soyuqdəymə tutub. Mətbuat konfransına özünü yaxşı hiss etmədiyi üçün gələ bilmədi. Amma qorxulu bir şey yoxdu. Təəssüf ki, Vlahoviçin vurduğu ilk qol sayılmadı. Qalib gələ bilməsək də, ikinci hissədə çox yaxşı oynadıq. Sadəcə, mövsümün ilk ev oyununda azarkeşlərimizdə həddən artıq xoş təəssüratlar oyatmaq istəyirdik. Rəqib komandanın çalışdırıcısı Tyaqo Motta qapımıza penalti təyin olunmamasından şikayətləndi. Qərarları hansı tərəfə sərf edir-etsin, biz hakimlərin mövqeyini şərh etmirik, onların qərarlarını həmişə qəbul edirik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-03-2023, 20:0

“Napoli” fərqi yenidən 18 xala çatdırdı, “Spetsiya” tarixində ilk dəfə “İnter”ə qalib gəldi - TƏHLİL

Dünya futbolu

23-08-2023, 22:0

Paytaxt komandaları ilk turdaca büdrədilər – TURUN ŞƏRHİ

Dünya futbolu

10-02-2023, 16:0

Xunində iki het-trik: mükafatçılar qələbə qazana bilmədilər - TƏHLİL

Çempionlar Liqası

23-02-2023, 18:0

“Ayntraxt” – “Napoli” matçında nələr yaşandı? – REPORTAJ

Dünya futbolu

14-04-2023, 13:0

Autsayder ilk qələbəsini çempion üzərində qazandı! - ŞƏRH

Dünya futbolu

3-08-2023, 22:0

“Napoli”də yeni müqavilə

Aktual
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
Son xəbərlər
  • Bu gün, 00:01
    Niderlanda yollanacaq
  • Dünən, 23:27
    Bolonyadan paytaxta üz tutdu
  • Dünən, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Dünən, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Dünən, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Dünən, 21:51
    Dünya çempionu vəfat etdi
  • Dünən, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Dünən, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Dünən, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Dünən, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Dünən, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Dünən, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Dünən, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Dünən, 17:50
    Məğlub Nəriman!
  • Dünən, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Dünən, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Dünən, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Dünən, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Dünən, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Dünən, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Dünən, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Dünən, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Dünən, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Dünən, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Dünən, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Dünən, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Dünən, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Dünən, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Dünən, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Dünən, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • 6-08-2026, 23:0
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • 6-08-2026, 23:0
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • 6-08-2026, 22:0
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • 6-08-2026, 22:0
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 118
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 83
O "Qarabağ" artıq yoxdu!
Oxunub: 82
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə