• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qəbələ” liderin taxtını silkələdi - REPORTAJ

Premyer-liqa / Reportaj

5-09-2023, 20:0

Meydan sahibləri məğlubiyyət seriyasını bitirmək, qonaqlar isə qələbə seriyasını davam etdirmək istəyirdi.

"Football-plus.az" xəbər verir ki, ardıcıl uğursuzluqlar “Qəbələ”nin üzərində ağır təzyiq yaratmışdı. Rəhbərliyə və baş məşqçiyə ünvanlanan tənqidlərə cavab labüd idi. Düzdü, qələbə komandanı autsayder mövqeyindən qurtarmayacaqdı. Amma yığma fasiləsinə yaxşı əhval-ruhiyyə ilə yollanmaq imkanı yaradacaqdı.

Elə ilk dəqiqələr hər iki komandanın baxımlı oyun nümayiş etdirəcəyindən xəbər verirdi. "Qırmızı-qaralar" özünü heç də autsayder kimi aparmırdı, onlar cəsarətlə irəli atılır, hücum futbolu oynamağa çalışırdı. Meydan sahibləri sanki ölüm-qalım savaşına çıxmışdı. Komanda təhlükəli hücumlarla qol vəziyyətləri yaratmaq istəyirdi ki, nəticədə künc zərbəsi qazandılar. "Zirə" müdafiəçiləri Eminin qapı önünə göndərdiyi topu uzaqlaşdırsalar da, "Qəbələ" geri çəkilmədi. Rauf Haninin ötürməsindən faydalanmağı bacardı. Qapıçı Renatoya dəyərək yönünü dəyişən topu saxlaya bilmədi. Beləliklə, 20-ci dəqiqədə hesab açıldı - 1:0. İlk hissəsin davamı qarşılıqlı təhlükəli hücum cəhdləriylə yadda qaldı. "Qırmızı-qaralar"ın Allaşı üç, "qartallar"ın Suması bir təhlükəli hücum cəhdini qolla bitirməyi bacarmadı. Sözsüz, Əzizli "Zirə"nin hesabı bərabərləşdirməsinə bir neçə dəfə mane oldu. Qolkiperin debütü uğurlu alınırdı. "Qəbələ" isə qol imkanlarını fərdi səhvlər üzündən boşa verirdi. Xüsusilə Əyyubun topla tələsik rəftarı diqqəti çəkirdi. Beləliklə, müydan sahibləri fasiləyə öndə yollandı.

İkinci hissənin daha gərgin keçəcəyi bəlli idi. Məlum oldu ki, Qəbələ şəhər stadionunda sonuncu qələbəsini 2016-cı ildə qazanan (1:2) "Zirə" bunu nəzərə alıb. Rəşad Sadıqov fasilədən sonra heyətdə dəyişikliklər etdi. Çalışdırıcı "qırmızı-qaralar"ın əks-hücumlara ümid bəsləyəcəyini təxmin etmişdi. Bu üzdən Məqsədi müdafiənin soluna çəkdisə, Qismətə sağı əmanət etdi. Nəticədə hücumların kəsəri artdı. Qol vəziyyətlərini tamamlamaq isə Rüstəm Əhmədzadə, İssa Cibrila və Filipe Paxtmana tapşırılmışdı. Buna baxmayaraq, hücum xəttində əlindən gələni edən futbolçular Rəşad Əzizli səddini keçə bilmirdi. Qolkiper xüsusilə Rüstəmin güclü zərbəsini dəf etdi. Sonuncu dəqiqələrdə Auaşeriya iki dəfə "çərçivə"ni nişan alsa da, Silva ayıq-sayıq idi. Uzatma dəqiqələrində yaddaqalan təhlükə qeydə alınmadı. Ümumiyyətlə, meydanda sanki turnir cədvəlinə görə liderlə autsayderin yox, iki bərabərsəviyyəli komandanın savaşını izlədik.

Gözdən qaçmadı
* "Zirə"nin "Qartallar" fanklubu "Qəbələ"nin "Red-Black Army" azarkeş qrupunu sayca azı iki dəfə üstələyirdi.
* Rauf vurduğu qolu qeyd etmədi. Rəşad isə bu münasibətlə meydançanın ortasına qədər qaçdı. Onların ikisi də daha əvvəl "Zirə"də çıxış edib.
* 45-ci dəqiqədə Eldar İlkini sinəsindən itələyərək yeri yıxdığına görə insident yaşandı. Baş hakim 4 "sarı"yla aranı qismən sakitləşdirdi. Lakin İlkin narazılığa və hakimlə müzakirələrə davam edirdi. Elmar Baxşıyev çarəni onu əvəzləməkdə gördü.
* 73-cü dəqiqədə Baxşıyev hakimə sərt şəkildə irad bildirdiyi üçün qırmızı vərəqəylə texniki zonadan uzaqlaşdırıldı. Baş məşqçi Haninin yerdə qaldığı anlarda oyunun saxlanılmamasına görə özündən çıxmışdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

25-02-2023, 15:0

“Zirə” “Turan-Tovuz”un qələbə seriyasını qırdı - REPORTAJ

Premyer-liqa / Reportaj

22-08-2023, 13:0

“Qəbələ” qələbənin dadını unudub - REPORTAJ

Premyer-liqa / Reportaj

2-05-2023, 20:0

“Səbail”in oyanışı fayda vermədi - REPORTAJ

Premyer-liqa / Reportaj

29-08-2023, 17:0

“Neftçi” də qələbə qazandı, “Qəbələ” isə... - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 20:0

“Qəbələ” – “Sumqayıt” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

9-05-2023, 17:0

“Zirə” tovuzlulara məğlubiyyəti Şamaxıda unutdurdu - REPORTAJ

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
  • 3-06-2026, 21:0
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • 3-06-2026, 21:0
    Yunanıstan karyerası 7 ay çəkdi
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 197
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə