"Azərbaycanın ən güclü komandalarından birinə qarşı oynayırdıq. Nəticə bizi sevindirmədi. Çalışırdıq ki, qol vuraq, lakin alınmadı. Çempionatda ilk məğlubiyyətimizi aldıq. Mövsüm hələ qabaqdadı. Heç nə bitməyib".
- Milli komandalara görə bizim çempionatda da fasilə olacaq. Bu sizə necə təsir edəcək?
- Düşünürəm ki, bunun bizə xeyiri olacaq. Çünki yeni oyunçuların uyğunlaşması üçün vaxt olacaq. Həmçinin komanda fiziki cəhətdən də “artıracaq”.
- "Sumqayıt"a öyrəşə bilirsənmi?
- Düşünürəm ki, komandaya öyrəşmişəm. Artıq baş məşqçimizin də məndən nə istədiyini bilirəm. Oyundan-oyuna “artıraraq” komandaya xeyir verməyə çalışacam.
CAVİD ƏLİYEV





