Misli premyer-liqasının 5-ci turunda "Sumqayıt" öz meydanında "Neftçi"yə məğlub oldu - 0:1.
Oyundan sonra "kimyaçılar"ın braziliyalı forvardı Oktavio Manteka "Football-plus.az"ın suallarını cavabladı.
- "Neftçi"yə minimal hesabla məğlub olduz. Təəssüratlarını alardıq...
- Evdə ilk oyunumuz idi. İstəyirdik ki, qalib gələk. Şanslarımız da oldu, təəssüf ki, bunlardan yararlana bilmədik. "Neftçi" də yaxşı komandadı. Futboldu, hər şey ola bilir.
- 6-cı turda "Zirə" ilə qarşılaşacaqsız. Bu oyun barədə nə deyə bilərsən?
- Hədəflərimiz həmişəki kimi qələbədi. Zirəyə də qələbə üçün gedəcəyik. Oyundan-oyuna özümüzü inkişaf etdiririk. "Zirə" güclü komanda olsa da, biz də onlara qalib gələ bilərik.
- Bu mövsüm üçün hədəfləriniz nədi?
- Qarşımıza xüsusi bir hədəf qoyulmayıb. Hər oyunda qalib gəlib, yuxarı pillələrdə olmaq istəyirik.
CAVİD ƏLİYEV