Misli premyer-liqasının 5-ci turunda "Neftçi" səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldi.
Matçdan sonra "ağ-qaralar"ın yeni transferi Dieqo Valdez "Football-plus.az"ın suallarını cavablandırdı.
- Debüt oyununda fərqləndin. Bu necə hisdi?
- Mənim üçün vacib oyun idi. Sevinirəm ki, vurduğum qol komandama qələbə qazandırdı.
- Öz oyununu necə dəyərləndirirsən?
- Oyunumdan razı qaldım. Düşünürəm ki, daha yaxşı oynaya bilərəm. Komandamın oyununa gəlincə, uşaalar çox yaxşı çıxış etdilər.
- Milli komandalara görə ölkə çempionatında fasilə olacaq. Bu komnadaya necə təsir edəcək?
- Bizim üçün önəmli həftə olacaq. Çalışacağıq ki, fasilədən maksimun istifadə edək. Növbəti rəqibmiz də "Araz-Naxçıvan"dı. Yaxşı çalışıb, xal qazanmaq istəyirik. İnşallah, məqsədimizə çatarıq.
CAVİD ƏLİYEV