Otto Con: "Biz bu gün Azərbaycanın ən yaxşı komandasına qarşı oynadıq" - AÇIQLAMA

13.08.2023 23:40 461
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 2-ci turunda "Qarabağ" doğma meydanda "Turan Tovuz"a qalib gəlib - 3:0.

Qarşılaşmadan sonra Tovuz təmsilçisinin hücumçusu Otto Con "Football-plus.az" saytının suallarını cavablandırdı.

25 yaşlı forvard əvvəlcə oyun barədə danışdı:

"Futboldu hər şey ola bilər. Biz bu gün Azərbaycanın ən yaxşı komandasına qarşı oynadıq. "Qarabağ" taktiki cəhətdən çox güclü kollektivdi. Bəzi anlarda matçın konsenteriyasını itirdik. Çalışdıq ki, məğlub olmayaq, amma alınmadı. İnşallah, növbəti oyunlarda qələbələr qazanarıq".

Nigeriyalı futbolçu növbəti turda qarşılaşacaqları "Kəpəz"lə oyun haqda da fikirlərini söylədi:

"Çətin oyun olacaq. Bu matçdakı səhvlərimizi təhlil edəcəyik. Nəticə çıxarıb, "Kəpəz"lə oyunda daha yaxşı olacağıq".

CAVİD ƏLİYEV