Football-plus.az xəbər verir ki, “Morning Consult” təhlil şirkətinin keçirdiyi sorğuda məhz “Çikaqo”nun sabiq müdafiəçisi tarixin ən yaxşı idmançısı olub. O, səslərin 19 faizini toplayıb. 2-ci yeri Milli Futbol Liqasının yeddiqat qalibi Tom Bredi (12 faiz), 3-cü yeri isə əfsanəvi boksçu Məhəmməd Əli (8 faiz) tutub.
Sorğunun nəticəsi:
1. Maykl Cordan – 19 faiz
2. Tom Bredi – 12 faiz
3. Məhəmməd Əli – 8 faiz
4. Beyb Rut – 7 faiz
5. Kobi Brayant – 5 faiz
6. Lebron Ceyms – 4 faiz
7. Cim Torp – 4 faiz
8. Lionel Messi – 3 faiz
9. Pele – 3 faiz
10. Serena Uilyams – 3 faiz
Hərəyə 2 faiz səs toplayan MHL tarixinin ən yaxşı snayperi Ueyn Qretski, gimnast Simona Bayls, qolfçu Tayger Vuds, üzgüçü Maykl Felps, yüngül atlet Cessi Ouens, amerikalı beysbolçu və futbolçu Bo Cekson sonrakı pillələrdə qərarlaşıb.
Bu arada ESPN-in eksperti Stiven Ey Smit Lebron Ceymslə Maykl Cordanın MBA tarixinin ən dahi oyunçuları siyahısındakı yeri ilə bağlı düşüncülərini bölüşüb. “Leykers”in forvardı 4 dəfə MBA çempionu olub, bir o qədər də finalın və mövsümün ən yaxşı oyunçusu üçün mükafatı qazanıb. “Çikaqo”nun sabiq müdafiəçisinin isə 6 MBA çempionluğu var, bundan başqa, 6 dəfə finalın, 5 dəfə mövsümün ən yaxşı basketbolçusu sayılıb. Ekspertin fikirləri:
“Oyunçuları canlı, iş başında görmək başqa məsələdi. Hər kəs Lebrona hörmət edir. O, bütün zamanların ən dahi basketbolçularından biridi. Ancaq Cordandan qorxurdular, qardaş, ondan qorxurdular. Qalan hər kəs onunla oyun ərəfəsində qorxu keçirirdi. Lebronun bütün karyerası boyunca mübahisələr gedib ki, kim onun səviyyəsində oynayır. Kobi Brayant? Kevin Dürant? Bəli, Lebron bu çağırışın öhdəsindən gəldi, onların hamısını batırdı, ancaq bu sual var idi axı. Bəs Maykl Cordanın karyerası boyunca bir dəfə də belə sual yarandımı?”
Xatırladaq ki, “Leykers”in forvardı bir neçə gün əvvəl xal sayına görə yeni MBA rekordu (38390) müəyyənləşdirib. Lebron “Oklahoma-Siti” ilə oyunda Kərim Əbdul-Cabbarın (38387) rekordunu yeniləyib. Cordan isə karyerası boyunca 32292 xal toplayıb və bu göstəricidə liqa tarixinin beşincisidi.
