“Leykers”in forvardı Lebron Ceyms Milad bayramı günündə oyun sayına görə Kobi Brayantın rekordunu yenilədi.
“Dallas”a qarşı oynayan 37 yaşlı amerikalı ulduz bayram günündə 17-ci dəfə parket üzərində çıxmaqla artıq bu göstəricidə vahid rekordçu oldu. Əvvəlki rekord mərhum Brayanta (16) məxsus idi. 2003-cü ildən bəri MBA-da çıxış edən Lebron bu liqada 20-ci mövsümünü keçirir. O, dördqat çempion olmaqla yanaşı, 4 dəfə də mövsümün ən yaxşı basketbolçusu sayılıb.
Şənbə günü keçirilən “Bruklin” – “Miluoki” oyununu izləyənlər arasında Zlatan İbrahimoviç də var idi. 41 yaşlı isveçli ilk sırada əyləşmişdi. Kayri İrvinq oyundan sonra “Milan”ın forvardını salamladı və ona formasını bağışladı.
Lebron Kobi Brayantın rekordunu yenilədi
İdman


