“Leykers” məşhur ispaniyalı mərkəz oyunçusu Pau Qazolun daşıdığı nömrəni istifadədən çıxarıb.
“Football-plus.az” xəbər verir ki, bu mərasim “gölməçəsevərlər”in “Memfis”lə ev oyununun böyük fasiləsində gerçəkləşib. Üzərində Qazolun soyadı yazılan 16 nömrəli forma “Leykers”in arenasının tavanından, mərhum Kobi Brayantın 8 və 24 nömrəli formaları ilə yanaşı asılıb. Xatırladaq ki, 2008-14-cü illər aralığında “Leykers”in formasını geyən Qazol bu komanda ilə iki dəfə MBA çempionu (2009, 2010) olub. İspaniyalı “Leykers”in tarixinə forması istifadədən çıxarılam 12-ci oyunçu kimi düşüb.