Əfsanəvi basketbolçu Şakil О`Nil bugünlərdə maraqlı etiraf edib.
Onun dediyinə görə, “Leykers”dəki komanda yoldaşı Kobi Brayant öləndən sonra yuxu problemi ilə üzləşib:
“Səhər saat 5-ə qədər yuxuya gedə bilmirəm... Kobi və bacım dünyasını dəyişəndən sonra məndə yuxusuzluq problemi yaranıb”.
Bildiyiniz kimi, 2020-ci ilin yanvarında salonunda Brayantın da olduğu şəxsi helikopter Los-Anceles yaxınlığında qəzaya uğrayıb. Pilot və aralarında Brayantın 13 yaşlı qızı da olmaqla 8 sərnişin həyatını itirib.