Daha bir il il “Yuventus”da qalacaq

22.08.2023 20:51 218
Dünya futbolu
Aleks Sandro “Yuventus” rəhbərliyi ilə yenidən anlaşıb.

"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçusu daha bir mövsüm komandada qalacaq. Turin klubu 32 yaşlı müdafiəçi ilə sözləşməni yeniləyəcək. Aleks Sandronun müqaviləsinin müddətinin 2024-cü ilə qədər avtomatik uzadılması variantı aktivləşdiriləcək.

Braziliyalı futbolçu “Yuventus”da 2015-ci ildən çıxış edir. O, son mövsümdə komandada 36 oyun keçirib və 3 məhsuldar ötürmə edib.