“Yuventus”da yeni müqavilə gözlənilir

28.02.2023 22:15 229
Dünya futbolu
Aleks Sandro yeni mövsümə də hazırkı komandasında başlayacaq.

Football-plus.az xəbər verir ki, təcrübəli futbolçunun tezliklə “Yuventus” ilə yeni müqavilə bağlayacağı gözlənilir. 32 yaşlı braziliyalı müdafiəçinin mövcud sözləşməsinin müddəti iyunun 30-da bitəcək. Aleks Sandronun yaxın günlərdə bir ili nəzərdə tutan yeni müqaviləyə qol çəkəcəyi xəbər verilir.
O, İtaliya klubunda 2015-ci ildən çıxış edir. Braziliyalının bu mövsüm bütün turnirlərdə 27 oyuna çıxdığını da bildirək.