İki təcrübəli oyunçu mövsümün sonunda “Yuventus”u tərk edəcək.
Söhbət müdafiəçi Aleks Sandro ilə yarımmüdafiəçi Xuan Kuadradodan gedir. Onlarla bağlı məlumatı italiyalı jurnalist Nikolo Skira verib. Hər iki futbolçunun müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub. Skira rəhbərliyin Aleks Sandro ilə Kuadradoya yeni təklif irəli sürməyəcəyini bildirib.