Avropa Superkuboku matçında “Mançester Siti”yə qarşı oynayan Yassin Bunu “Sevilya” ilə İspaniyaya qayıtmayıb.
"Football-plus.az" xəbər verir ki, mərakeşli qapıçı Yunanıstanın Pirey şəhərindən birbaşa Səudiyyə Ərəbistanına yollanıb. O, artıq “Əl-Hilal”ın oyunçusu sayılır.
İnsayder Fabritsio Romano Yassinin bu klubla 3 illik müddətə anlaşdığını xəbər verib. Keçidin məbləği rəsmən açıqlanmasa da, daha əvvəl “Sevilya”nın təxminən 19 milyon avro irəli düşəcəyi iddia edilmişdi.
Bunu İspaniya klubunda 2019-cu ildən çıxış edirdi. O, “Sevilya”nın qapısını La Liqanın 96 oyununda qoruyub və 1 qol vurub.