Səudiyyə Ərəbistanına daha bir avropalı yollandı

13.07.2023 21:51 247
Dünya futbolu
Daha bir avropalı futbolçu Səudiyyə Ərəbistanına yollanıb.

“Football-plus.az” xəbər verir ki, “Əl-Hilal” “Latsio”nun aparıcı oyunçusu Sergey Milinkoviç-Saviçi transfer edib. 28 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. “Əl-Hilal” bu transfer üçün İtaliya klubuna 40 milyon avro təzminat ödəyib. Serbiyalı oyunçu yeni klubunda ilə 20 milyon avro maaş alacaq.

Sergey “Latsio”da 2015-ci ildən oynayırdı.