O da Səudiyyə Ərəbistanına yollandı

24.06.2023 22:35 268
Dünya futbolu
Ruben Neveş karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, “Əl-Hilal” “Vulverhempton”un yarımmüdafiəçisi transfer edib.

Portuqaliyalı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Böyük Britaniya mətbuatı “Əl-Hilal”ın bu transfer üçün 47 milyon funt sterlinq (55 milyon avro) təzminat ödədiyini xəbər verib.

Neveş “Vulverhempton”da 2017-ci ildən oynayırdı. O, 2022/23 mövsümündə İngiltərə premyer-liqasında 35 oyuna çıxıb, 6 qol vurub, 1 qolun ötürməsini verib.

Futbolçunun “Vulverhempton”la müqaviləsinin müddətinin sona çatmasına bir il qalmışdı.