İngiltərədən Səudiyyə Ərəbistanına yollandı

29.06.2023 20:50 244
Dünya futbolu
Gözlənildiyi kimi, Eduar Mendi “Çelsi”ni tərk edib.

"Football-plus.az" xəbər verir ki, “Əl-Əhli” onu transfer edib.

Səudiyyə Ərəbistanı klubunun saytının yaydığı xəbərdə seneqallı qapıçı ilə 3 illik müqavilə imzalandığı bildirilib. Böyük Britaniya mənbələri London klubunun Eduarı 16 milyon funt sterlinqə satdığını xəbər verib.

Mendi “Çelsi”də 2020-ci idən oynayırdı. O, bu klubda 105 oyun keçirib.