Messi yenə Səudiyyə Ərəbistanına getdi

16.05.2023 17:12 273
Maraqlı
Lionel Messi yenidən Səudiyyə Ərəbistanına səfər edib.

"Football-plus.az" xəbər verir ki, PSJ-nin 35 yaşlı hücumçusu bu dəfə Asiya ölkəsinə ailəsi ilə yollanıb.

Messi öz sosial şəbəkə hesablarında Səudiyyə Ərəbistanından şəkillər paylaşıb. O, fotolara bu şərhi yazıb: “Səudiyyə Ərəbistanının doğum yerini, 300 illik tarixinə ev sahibliyi edən Diriyeni ailəmlə birlikdə kəşf edərək möhtəşəm bir gün keçirdim”.

Yeri glmişkən, Lionel mayın 1-də də Səudiyyə Ərəbistanına səfər etmişdi. O, bunu PSJ rəhbərlərindən icazəsiz etdiyi üçün 2 həftəlik cəzalandırılaraq komandadan kənarlaşdırılmışdı. Messi buna görə video formatında klubdan və komanda yoldaşlarından üzr istəmişdi.