• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

A seriyasında sürpriz lider – TURUN ŞƏRHİ

Dünya futbolu

4-05-2023, 19:0

Startı aprelin 15-də verilən Braziliya çempionatının yeni mövsümündə mübarizə tədricən qızışır. Aprelin son və mayın ilk iki günündə 3-cü turun oyunları keçirildi. Artıq A seriyasında sürpriz lider var.

2-ci turdan sonra turnir cədvəlində ikihakimiyyətlilik yaranmışdı. “Fluminense” ardıcıl iki qələbə ilə topların daha yaxşı fərqinə əsasən 1-ci yerə sahib çıxmışdı. Amma son mövsümün bürünc mükafatçısı üçün Fortaleza səfəri uğursuz alındı. Fernando Dinizin komandası eyniadlı rəqibə 2:4 hesabıyla uduzaraq zirvədən 5-ci yerə düşdü. Xalını 7-yə çatdıran “Fortaleza” isə 2-ci yerə yüksəldi.

“Botafoqo” isə qələbə seriyasını davam etdirdi. “Flamenqo” ilə Rio de Janeyro derbisi çox maraqlı keçdi. İlk hissənin son 20 dəqiqəsində vurulan iki cavabsız qol “ağ-qaralar”a əhəmiyyətli üstünlük qazandırdı. 51-ci dəqiqədə müdafiəçi Rafaelin növbəti xəbərdarlığa görə meydandan qovulması “Flamenqo”nun işinə yaradı. Xorxe Sampaolinin komandası fasilədən sonra Leo Pereyra ilə iki qol vurdu. Ancaq Tikinyo Soaresin dubl etməsi on nəfərlə oynayan qonaqlara 3:2 hesablı qələbə qazandırdı. Derbidəki uğuru portuqaliyalı Luiş Kastronun çalışdırdığı “Botafoqo”nu 3 oyuna maksimum xalla vahid liderə çevirdi.

2022-ci il mövsümünün çempionu olan “Palmeyras” hesabat turunu maksimum xalla başa vurdu. Abel Ferreyranın komandası “Korintians” ilə ev oyununu 2:1 hesablı qələbə ilə bitirdi. San Paulu derbisinin qəhrəmanı hesabı açan Muriloya məhsuldar ötürmə verən və qələbə qolunu vuran Rafael Veyqa oldu. Matçda vurulan son qol da “Palmeyras”ın oyunçusunun hesabına yazıldı. Sadəcə, müdafiəçi Pikeres 76-cı dəqiqədə topu öz qapısına yönəltdi. Derbidə qələbə çempionu 4-cü yerdən 3-ə yüksəltdi.

“İnternasyonal”ın da hesabında 7 xal var. Vitse-çempion evdə “Qoyas”a minimal hesabla qalib gəldi. 52-ci dəqiqədə De Pena portu aleqrililəri önə keçirdi. 9 dəqiqə sonra qonaqların müdafiəçisi Maquinyo bir neçə saniyə ərzində iki sarı vərəqə alaraq komandasını azlıqda qoydu. Manu Menezeşin komandası qalan vaxtda bundan yararlana bilməsə də, ardıcıl ikinci qələbə ilə 4-cü yerə çıxdı.

3-cü tur
Fortaleza – Fluminense 4:2
Tyaqo Qalyardo, 29. Moyses, 35; 60. Erkules, 79 – Allan, 45+2. Con Kennedi, 69.
Flamenqo - Botafoqo RJ 2:3
Leo Pereyra, 58; 86 – Tikinyo Soares, 30-p.; 71. Danilo Barboza, 45+5.
Palmeyras - Korintians 2:1
Murilo, 16. Rafael Veyqa, 36 – Pikeres, 76-öz qapısına.
İnternasyonal - Qoyas 1:0
De Pena, 52.
Koritiba - San Paulu 1:1
Bruno Qomes, 12 – Markos Paulo, 81.
Santos - Amerika Mineyro 3:2
Mendosa, 19. Eduardo Bauermann, 40. Markos Leonardo, 69-p. – Ale, 70. Everaldo, 49.
Braqantino - Kruzeyro 0:3
Ramiro, 1. Jilberto, 64. Bruno Rodriges, 87.
Atletiko Mineyro - Atletiko Paranaense 2:1
Halk, 10; 84 – Vitor Roke, 90+2.
Kuyaba – Qremio 1:2
Marllon, 29 – Vina, 10. Everton Qaldino, 68.
Vasku da Qama – Bayya 0:1
Tasyano, 44.

1. Botafoqo RJ 3 3 0 0 7-4 9
2. Fortaleza 3 2 1 0 8-3 7
3. Palmeyras 3 2 1 0 6-4 7
4. İnternasyonal 3 2 1 0 4-2 7
5. Fluminense 3 2 0 1 7-4 6
6. Kruzeyro 3 2 0 1 5-2 6
7. Qremio 3 2 0 1 3-2 6
8. San Paulu 3 1 1 1 5-3 4
9. Vasku da Qama 3 1 1 1 4-4 4
10. Atletiko Mineyro 3 1 1 1 3-3 4
11. Santos 3 1 1 1 3-3 4
12. Braqantino 3 1 1 1 3-5 4
13. Flamenqo 3 1 0 2 6-5 3
14. Atletiko Paranaense 3 1 0 2 3-4 3
15. Bayya 3 1 0 2 3-4 3
16. Qoyas 3 1 0 2 3-4 3
17. Korintians 3 1 0 2 4-6 3
18. Kuyaba 3 0 1 2 3-5 1
19. Koritiba 3 0 1 2 1-7 1
20. Amerika Mineyro 3 0 0 3 2-9 0
Bombardirlər: Tikinyo Soares (Botafoqo RJ), Moyses (Fortaleza) - 3.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-05-2023, 11:0

A seriyasında ikihakimiyyətlilik - TURUN ŞƏRHİ

Dünya futbolu

17-03-2023, 15:0

“San Lorenso” vahid lider oldu, son çempion autsayderdən xal ala bilmədi - ŞƏRH

Dünya futbolu

14-04-2023, 13:0

Autsayder ilk qələbəsini çempion üzərində qazandı! - ŞƏRH

Dünya futbolu

25-02-2023, 12:0

Artıq çempionatda xalsız komanda yoxdu - ŞƏRH

Dünya futbolu

11-06-2022, 17:0

Paulu Souzanın “Flamenqo” macərası yarım il çəkdi

Dünya futbolu

1-05-2023, 18:0

5 komanda itkisiz irəliləyir

Aktual
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
Son xəbərlər
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Dünən, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Dünən, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Dünən, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Dünən, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Dünən, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • 19-07-2026, 23:0
    Əvvəlki klubuna qayıdacaq
  • 19-07-2026, 23:0
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 129
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə