• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” “Qəbələ”yə Kipr yunanlarından da pis zülm etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

8-08-2023, 17:0

Turun son matçında “Sabah” evdə “Qəbələ”ni sınağa çəkirdi. Bakılılar avrokuboklardakı rəqibi RFŞ-ni məğlub etdikdən sonra yüksək əhval-ruhiyyədə meydana çıxırdısa, “Omoniya”nın darmadağın etdiyi “qırmızı-qaralar” yorğun görünürdü. Təbii ki, nəticə hər iki komanda üçün vacib idi.

"Football-plus.az" xəbər verir ki, ev sahibləri hakimin start fiti ilə topu oyuna daxil etdi. Murad Musayevin komandası ilk dəqiqələrdən hegemonluğu ələ almağa çalışırdı. “Tələbələr” ardıcıl qol vəziyyətləri yaratmaqla rəqibi təzyiq altında saxlayırdı. Az saylı azarkeşlərin dəstəyi də “Qəbələ”nin irəli atılma cəhdlərinə fayda verə bilmirdi. Komandanın bitkinliyi ikili mübarizələrdə özünü daha aydın göstərirdi. İlk qoldan sonra qonaqların ümidi daha da azaldı. Namikin ötürməsi ilə topu ələ keçirən Apeh sürət yığdı. O, sol cinahdakı boşluqdan məharətlə istifadə edərək rəqibin cərimə meydançasına daxil oldu. Muradın ona çatmasına imkan vermədən “Sabah”ın yeni mövsümdəki ilk qolunun müəllifinə çevrildi. Hesab açılandan sonra gözləmək olardı ki, “qırmızı-qaralar” daha cəsarətli oyun göstərəcək. Lakin qəbələlilər getdikcə daha ləng qaçırdılar. “Tələbələr” bir neçə saniyədə rəqibin qapısı önündə cəmləşə bilirdisə, “Qəbələ” azlıqda qalırdı. İkinci qol məhz belə epizodlardan birində vuruldu. Anatoli Tilin göndərdiyi topu 36-cı dəqiqədə tora qovuşduranda Ayzaya, Emil, Urfan və Lukas rəqibə mane ola biləcək mövqedə deyildilər. “Sabah”ın fərqi artırmasından sonra “qırmızı-qaralar”da hakimə qarşı etirazlar eşidildi. Qonaqlar matçı tez-tez saxladığına görə Cavid Cəlilovdan narazılıq etdi. Onlar bakılıların qəsdən oyunu yubatdığını iddia edirdilər. Urfan bunu ədalət təmsilçisi ilə müzakirə etmək istəsə də, sarı vərəqə ilə cəzalandırıldı və fit sahibi dərhal oyuna davam edilməsini tələb etdi. Atanqana bir müddət sonra Marqaritanın zərbəsini dəf etdisə, ilk hissəsinin bitməsinə az qalmış Alekseyə məğlub oldu. “Sabah”ın futbolçusu 44-cü dəqiqədə Apehin ötürməsini üç qonaq futbolçunun arasından məharətlə “çərçivə”yə göndərdi.

İkinci hissədə daha bitkin “qırmızı-qaralar” gördük. Onlar “tələbələr”dən fiziki güc baxımından aşkar geri qalırdılar. Masazır təmsilçisi Atanqananı rahat buraxmırdı. Bu azmış kimi, Murad Musayev komandanın lider futbolçusu Mikelsi meydana buraxdı. Almaniyalı futbolçu 57-ci dəqiqədə fərqləndi. Necə? Üç futbolçunun arasından sıyrılaraq topu uzaq küncə göndərdi – 4:0. O, 64-cü dəqiqədə də azarkeşləri sevindirmək istədi. Hətta topu tora göndərməyi bacardı. Lakin VAR-dan gələn ofsayd qərarı ilə qol qeydə alınmadı. Bundan sonra “Qəbələ”nin nəticəsiz hücum cəhdlərini müşahidə etdik. “Qırmızı-qaralar” gah cərimə meydançasına daxil olmamış topu itirir, gah da qeyri-dəqiq zərbələrlə qol şansını qaçırırdı. Nəhayət, matçın son qolu 79-cu dəqiqədə qeydə alındı. Tellur Mikelsin ötürməsini uzaqdan qapıya göndərdi. Bu, Atanqana üçün sürpriz idisə, əslində ən təhlükəsiz zərbələrdən idi. Kamerunlu qolkiper sola tərəf atılmağa gecikdiyinə görə topa çata bilmədi – 5:0. Bundan sonra “Qəbələ”nin heç olmasa, təsəlli qoluna ehtiyacı var idi. Elmar Baxşıyevin kollektivi son dəqiqələrdə daha riskli oynadı. Buna baxmayaraq, müdafiə xəttini düşünmədən irəliləyən komanda arzusuna çata bilmədi.

Gözdən qaçmadı
* Turun digər oyunlarından fərqli "Bank Respublika Arena"da dövlət himni səslənmədi. Halbuki Peşəkar Futbol Liqasının qərarına əsasən, mövsümün ilk oyunlarında himn səslənməlidi. Buna baxmayaraq, “Red Black Army” himni oxumağa başladı. Daha sonra “Soldati di Sabah” onlara qoşuldu.
* Elmar Baxşıyev bir neçə dəfə hakimə etiraz etdi. Yan xətt hakimi onu sakitləşdirməyə çalışırdı.
* Apeh qol vurduqdan sonra diz çökərək Allaha şükür etdi.
* Azarkeşlər həm oyun başlayanda, həm də 44-cü dəqiqədə ənənəvi “şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirdi.
* “Soldati di Sabah” fanklubu “Murad, bizi çempion et!”, “Masazır çempionluq istəyir” kimi şüarlarla çıxış etdi.
* “Qəbələ”nin futbolçusu oyunun gedişində topu azarkeşlərin əyləşdiyi tribunaya vurdu. Top xoşbəxtlikdən “skayboks”un şüşəsinə dəydi.
* “Red Black Army” “Sabah”ın ünvanına “qorxaqlar” şüarı səsləndirdiyinə görə fasilə zamanı azarkeşlər arasında insident yaşandı. Polis hadisəyə dərhal müdaxilə edib aranı sakitləşdirdi.
* “Sabah” tərəfdarları Mikels meydana çıxarkən futbolçunu alqışladılar.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Reportaj / Konfrans Liqası

6-08-2023, 18:0

“Omoniya” “Qəbələ”ni darmadağın etdi - REPORTAJ

Dünya futbolu

15-07-2023, 23:0

“Qəbələ”nin rəqibi Polşa klubunu məğlub etdi

Manşet / Konfrans Liqası

1-08-2023, 20:0

"Sabah"ın rəqibindən qorxunc qələbə

Premyer-liqa / Manşet

7-02-2023, 18:0

"Sabah" - "Səbail" matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

4-04-2023, 14:0

“Sabah” Masazırda tarix yazdı - REPORTAJ

Manşet / Konfrans Liqası

3-08-2023, 16:0

“Sabah” növbəti mərhələyə keçəcək, “Qəbələ”dən narahatam”

Aktual
Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
Son xəbərlər
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 15:00
    “Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək? - YENİLƏNİR
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
Daha çox
Oxunub: 220
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə