• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Omoniya” “Qəbələ”ni darmadağın etdi - REPORTAJ

Reportaj / Konfrans Liqası

6-08-2023, 18:0

Bu matç cümə axşamı keçirilənlər arasında ən dramatiki idi.

“Qəbələ” axşam yeməyi üçün şirin önünə atılmış şikarı xatırladırdı. Şübhə yoxdu ki, “qırmızı-qaralar” məhz qələbə üçün meydana çıxmışdı. Lakin şirin sivri uclu dişləri buna imkan vermədi. Kimdən bəhs edirik? Ötən mövsüm Belçika “Genk”ini “Omoniya”ya dəyişmiş Roman Bezusdan... Xatırlayırsızsa, Cənubi Kipr mətbuatının “Allaş və Hanini məğlub edin” sərlövhəli yazısını dərc etmişdik. Bezus yerli idman jurnalistlərinin sözünü yerə salmadı. İlk matçda olduğu kimi bu dəfə də “qırmızı-qaralar”ın gününü qara etdi. Hakimin start fiti səslənən kimi “Omoniya”nın güclü təzyiqi hiss olunmağa başladı. Həqiqətən də rəqibin fiziki hazırlığı yüksək səviyyədə idi. Avqustinin komandası oyun tərzində dəyişiklik etməmişdi. Yenə sağ və sol cinahlardan hücum taktikasından istifadə edilirdi. “Qəbələ” isə buna tab gətirəcək qədər güclü görünmürdü. Qəbələdə het-trik edən Bezus qonaqlar isinməmiş - 5-ci dəqiqədə hesabı açdı. Allaş 10-cu dəqiqədə cərimə zərbəsini yerinə yetirsə də, rəqibi məyus edə bilmədi. “Omoniya” “Qəbələ”nin hücumlarını ustalıqla zərərsizləşdirir, ikili mübarizələrdə qalib gəlməyəndə isə çəkinmədən qayda pozuntusuna yol verirdi. İlk 45 dəqiqədə bizimkilərin müəyyən qol imkanları var idi. Buna baxmayaraq, sanki top “çərçivə”yə düşmək istəmirdi. Rəqibin hücum futbolu oynaması qəbələliləri dinamik oynamağa məcbur edirdi. “Qırmızı-qaralar”ın hücumları uğursuz alınırdısa, müdafiədə də inamsız görünürdülər. Bu ərəfədə Qırtımov rəqibin növbəti təhlükəli hücumunun qarşısını alaraq topu Ayzayaya ötürdü. Təəssüf ki, nigeriyalı ikili mübarizədə məğlub oldu. Bundan sonra Bezus əla ötürmə ilə çıxış etdi. Atanqana qola imkan verməmək üçün irəli çıxsa da, qaydanı pozub, sarı vərəqə aldı. Nəticədə penalti təyin edildi. Tapşırıq Bezusa həvalə edildi ki, o qolkiperi yenə aldada bildi – 2:0. Haninin “çərçivə”yə qeyri-dəqiq zərbəsindən sonra qarşılaşma “Omoniya”nın dəsti-xəttinə uyğun davam etdi. Məqsəd küncdən zərbə şansı qazanmaq idi ki, bunu bacardılar. 38-ci dəqiqədə Urfana toxunub meydanı tərk edən topu Bezus oyuna daxil etdi. Atanqana Lanqın ilk zərbəsini dəf etsə də, topa sahib ola bilmədi. Rəqibin ikinci cəhdi isə uğurlu alındı. Beləliklə, ümumi top fərqi 4-ə yüksəldi. “Omoniya”nın futbolçuları məhz Ayzaya, Hani və Allaşa köklənmişdilər. Maraqlıdı ki, bizimkilər təkcə Bezusla bacara bilmirdilər. Bəlkə də o, meydandan olmasaydı, “Qəbələ” favoritə çevilərdi. İlk hissənin sonuna doğru hücuma yeni qoşulan Murad Musayev yerdə qaldı. Onun üçün tibbi yardım labüd oldu ki, “Qəbələ” bir neçə dəqiqə azlıqda oynadı. Bu ərəfədə “qırmızı-qaralar” topa sahib ola bilmirdi. “Omoniya” isə hücumları davam etdirirdi. Beləliklə, isveçli referi Ladebök ilk hissəsin son fitini səsləndirəndə hesab 3:0 idi.

İkinci yarı da Kipr yunanlarının hücumları ilə başladı. Elə ilk dəqiqələrdə bir neçə qol vəziyyəti qeydə alındı ki, Bezus yenə baş rolda idi. Həmin gün 43 yaşını tamamlayan Elmar Baxşıyevin komandası topla daha çox vaxt keçirsə də, qapıya yaxınlaşa bilmirdi. Rəqibin müdafiəsi səhvsiz çıxış edirdi. Bu ərəfədə İsgəndərovla Allaşın zərbələri qeyri-dəqiq oldu. Daha sonra Ayzaya varlığını sübut etdi. Onun qapıya uzaqdan ənənəvi zərbəsi Fabianonu çaşdırdı. Nəhayət, “Qəbələ” 56-cı dəqiqədə ilk qoluna qovuşdu. Təəssüf ki, “qırmızı-qaralar”ın sevinc hissi uzun çəkmədi. Ani ümidlənən qonaq futbolçular Kulibaliyə mane ola bilmədi. Bununla da rəqib üstünlüyünü daha da möhkəmləndirdi. Həmin ərəfədə “Qəbələ”nin bir neçə hücum cəhdi faydasız oldu. Növbəti təhlükəli vəziyyəti Hani yaratsa da, top Allaşa toxunub rəqibin əlinə keçdi. Ribeyro Ülvinin meydanın mərkəzindən göndərdiyi topu da zərərsizləşdirdi. Daha sonra ikinci su fasiləsi baş tutdu. Yerli azarkeşlər istəkli, amma yorğun qonaqları izləyirdilər. Həqiqətən “Omoniya” sanki 120 dəqiqəlik matç üçün hazırlaşmışdı. “Qırmızı-qaralar”ın xüsusilə müdafiəçiləri zəif təsir bağışlayırdı. Son 25 dəqiqə qarşılıqlı hücum cəhdləri və qol vəziyyətləri ilə yadda qalsa da, hesab dəyişmədi. Rəqibin nəhəng futbolçuları Ayzayanın qolundan sonra daha istəkli çıxış etdi. Beləliklə, “Qəbələ” səfərdə də məğlub olmaqla avrokuboklarda mübarizə dayandırdı.

Gözdən qaçmadı
* “Qəbələ” büdcə çatışmazlığına görə özü ilə azarkeş aparmamışdı. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin qəzetimizə verdiyi məlumata görə, tribunalarda Cənubi Kiprdə yaşayan azərbaycanlılar da olmayıb.
* Ermənilər “Qəbələ” futbolçularına avtobusdan düşərkən psixoloji təzyiq göstərdilər. Onlar bayraqlarla birlikdə stadiona gəlmişdilər.
* Yeni transfer Gilad Abramov oyunboyu bir neçə vacib epizodda səhv etdi. Azarkeşlər sosial şəbəkələrdə onun yanlış seçim olduğu yönündə çoxsaylı tənqidlərlə çıxış etdi.
* Bezus “Omoniya”nın “Qəbələ”yə vurduğu 7 qoldan beşinin müəllifi oldu.
* “Omoniya”nın baş məşqçisi Avqusti oyunboyu qışqırdı. Səsi tutulduğundan mətbuat konfransında danışmağa çətinlik çəkirdi.

Maraqlıdı...
“Qəbələ” avrokuboklarda 42-ci oyunununda 24-cü məğlubiyyətlə barışdı. Komandanın hesabında 11 qələbə və 7 heç-heçə də var. Top fərqi isə 42-67-di. Əyalət təmsilçisi srağagün avrokuboklarda 6-cı böyükhesablı məğlubiyyətlə barışdı.
10.07.2014. Şiroki Briyq (Bosniya və H) – Qəbələ 3:0
05.11. 2015. Borussiya D (Almaniya) – Qəbələ 4:0
10.12.2015. Qəbələ - Krasnodar (Rusiya) 0:3
01.08.2019. Dinamo (Gürcüstan) – Qəbələ 3:0
21.07.2022. Fehervar (Macarıstan) – Qəbələ 4:1
03.08.2023. Omoniya (C.Kipr) – Qəbələ 4:1

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

1-08-2023, 17:0

Cənubi Kipr mətbuatı: "Allaşla Hanini məğlub edin!"

Dünya futbolu

15-07-2023, 23:0

“Qəbələ”nin rəqibi Polşa klubunu məğlub etdi

Reportaj / Konfrans Liqası

29-07-2023, 15:0

Bezus “qırmızı-qaralar”ın gününü qara etdi - REPORTAJ

Aktual / Konfrans Liqası

29-07-2023, 15:0

"Omoniya”ya qalib gəlmək olar" - Urfan Abbasov

Manşet / Konfrans Liqası

1-08-2023, 20:0

"Omoniya" - "Qəbələ" matçını bu kanal yayınlayacaq

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə