“Qəbələ”nin rəqibi Polşa klubunu məğlub etdi

15.07.2023 23:55 256
Dünya futbolu
“Qəbələ”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Omoniya” Polşadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Cənubi Kipr təmsilçisi Polşanın yüksək liqa klubu “Radomyak”la qarşılaşıb.

“Omoniya” rəqibinə 4:1 hesabı ilə qalib gəlib. Kipr təmsilçisinin qollarını Kakullis, Kulibali, Kusulos və Bezos vurub. Polşa klubunun heyətində isə Fabiano fərqlənib.

Xatırladaq ki, “Qəbələ” və “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab görüşü avqustun 3-də Cənubi Kiprdə keçiriləcək.